Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:53

Magistraturaya qəbul keçirildi


İmtahanların Sual kitabçaları və Cavab kartları torbaları
İmtahanların Sual kitabçaları və Cavab kartları torbaları

İyulun 23-də ali məktəblərin magistratura pilləsinə qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının [TQDK] məlumatına görə, 4360 magistr yeri uğrunda 10795 bakalavr mübarizə aparıb. TQDK həmçinin bakalavrlar arasında Bakı Dövlət Universitetinə və İqtisad Universitetinə sənəd verənlərin üstünlük təşkil etdiyini bildirir.


Komissiya sədri Məleykə Abbaszadə deyir ki, bu il ilk dəfə olaraq magistraturaya qəbul zamanı bakalavrlara Avropanın ali məktəblərində oxumaq üçün 20 yer təqdim olunub : «Bu yerə bakalavrlarla yanaşı, magistrlər də sənəd verə bilərlər. 80 bal toplamış bakalavrlar bu müsabiqədə iştirak edə biləcəklər».


Magistraturaya sənəd verənlərin 1791 nəfəri ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Onların 8502 nəfəri Azərbaycan, 2293 nəfəri rus bölməsinin məzunlarıdır.


Azərbaycanda magistraturaya qəbul mərkəzləşdirilmiş şəkildə ikinci dəfədir keçirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG