Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Ukrayna Azərbaycanlılar Konqresində fikir ayrılıqları…


Azərbaycan diasporunun parçalanmasının Ukraynanın siyasi həyatında gedən proseslərlə də bağlılığı var?
Azərbaycan diasporunun parçalanmasının Ukraynanın siyasi həyatında gedən proseslərlə də bağlılığı var?

Ukrayna Azərbaycanlılar Konqresində fikir ayrılığı yaranıb. Turan İnformasiya Agentliyi Konqresin iki yerə parçalandığını yazıb. Mübahisə edən tərəflərdən biri - Konqresin indiki sədri Oqtay Əfəndiyevin ətrafında birləşib, ikinci tərəf isə yeni sədr kimi Akif Gülməmmədovu seçmək istəyənlərdir. Amma tərəflərdən heç biri Konqresdə parçalanmanın baş verdiyini düşünmür. Ukrayna Azərbaycanlılar Konqresi 1999-cu ildə Kiyevdə təsis olunub və konqresin ölkənin 26 regionunda təşkilatları var.


İndiki sədrdən narazı olanlardan biri - Konqresin Dnepropetrovsk regional təşkilatının sədr müavini Savalan qəzetinin baş redaktoru Nadir Zeynalzadə deyir ki, əslində fikir ayrılığının kökləri 2004-cü ilə gedib çıxır, bu da Konqresin bəzi regional təşkilatlarının indiki sədrin fəaliyyətindən narazı olmaları ilə bağlıdır. Bu ilin aprel ayında bir neçə regional təşkilatın nümayəndələri yığışıb yeni sədr kimi Akif Gülməmmədovu seçdilər.


Ukrayna Azərbaycanlılar Konqresinin İcra Komitəsinin rəhbəri Fail Abidov isə deyir ki, aprel ayında indiki sədrdən narazı olanların keçirdikləri yeni sədr seçkisi qeyri-legitim olub. Cənab Abidovun qənaətinə görə, Konqresdə baş verənlərin hazırda Ukraynanın siyasi həyatında gedən proseslərlə də bağlılığı var.


DİNLƏYİN!
XS
SM
MD
LG