Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:58

ABŞ-ın Milli Demokratiya İnstitutu «Yeni Fikir»çilərə yardım etmədiyini deyir


ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və müavinləri Ramin Tağıyevlə Səid Nuriyevin məhkəməsi zamanı beynəlxalq praktikaya əməl olunmamasından narahatdır. İnstitutun açıqlamasında bildirilir ki, təşkilat rəhbərlərinə qarşı irəli sürülmüş ittihamlar həqiqəti əks etdirməyib.


Bu mənada MDİ də ATƏT-in, ABŞ-ın Azərbaycandakı səfirliyinin və başqa beynəlxalq qurumların narahatçılıqlarına qoşulur.


«Yeni Fikir» Gənclər Təşkilatının rəhbərləri hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum olunublar. İstintaq materiallarında MDİ-nin və Açıq Cəmiyyət İnstitutu - SOROS fondunun da adları hallandırılırdı.


MDİ iyulun 21-də yaydığı sənəddə heç bir fərdə və ya quruma qanunu pozmaqda yardım etmədiyini bildirib.


XS
SM
MD
LG