Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

İlham Əliyev Moldova prezidenti ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 21-də Moskvaya gedib.


«AzərTAc» İnformasiya Agentliyinin məlumatına görə, cənab Əliyevi «Vnukovo-2» hava limanında MDB-nin icraçı katibi Vladimir Ruşaylo, Xarici İşlər nazirinin birinci müavini Andrey Benişov və digər rəsmi şəxslər qarşılayıb. Daha sonra İlham Əliyev onun üçün ayrılmış iqamətgaha yola düşüb.


Elə həmin gün Azərbaycanın dövlət başçısı Moldova prezidenti Vladimir Voroninlə görüşüb.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.




Günün bütün mövzuları

XS
SM
MD
LG