Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 03:12

Mənzil almaq üçün ipoteka şərtləri dəyişdirilə bilər


Ekspertlər ipoteka kreditinin Azərbaycanda tətbiqinin vaxtından əvvəl atılmış addım sayır
Ekspertlər ipoteka kreditinin Azərbaycanda tətbiqinin vaxtından əvvəl atılmış addım sayır

Mənzil alınması üçün ipoteka krediti mart ayından verilməyə başlayıb. Ötən 5 ayda cəmi 45 nəfər bu cür kreditlə mənzil ala bilib. İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova deyir ki, güzəştli qrupa kimlərin aid ediləcəyi hələ tam dəqiqləşdirilməyib. Bəlli olan yalnız budur ki, hələlik hərbiçilərə bu güzəştdən yararlanmaq hüququ veriləcək. Daha kimlərin, yəni hansı sosial təbəqəyə mənsub şəxslərin güzəştli qrupa aid edilə biləcəyini isə İpoteka Fondu bir sıra ictimai təşkilatlarla, mütəxəssislərlə müzakirə etmək istəyir və qurumun gələn həftə müzakirə açacağı gözlənir. Samirə Nəsibova: «Bundan sonra biz də baxıb proqramı hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcəyik».


İpoteka Fondunun rəsmisi deyir ki, bəzi gənc ailələrin mənzil probleminin həll olunması üçün ünvanlı subsidiyaların verilməsi nəzərdə tutulur. Bu subsidiya da çox güman ki, ilkin ödənişə yönələcək.


İpoteka kreditlərinin indiki şərtləri ilə ev almaq istəyən ailə mənzilin dəyərinin 30 faizini əvvəlcədən ödəməlidir. Güzəştli sistemdə isə ilkin ödəniş məbləğinin 15 faiz olmasından söhbət gedir. Ancaq ümumi məbləğin illik 12 faizlə ödənilməsi öz qüvvəsində qalır. İpoteka Fondu həm də öz qaydalarına dəyişiklik etmək istəyir. Bu da sənədlərin sadələşdirilməsi ilə bağlıdır. Yəni ipoteka krediti almaq istəyən kəs indi 28 adda sənəd toplayır. Fond həm də borcun qaytarılması üçün müddətin artırılmasını təklif edir. Hazırda kreditin qaytarılması müddəti 15 ilə qədərdir, fond isə istəyir ki, borc götürənə 25 ilə qədər vaxt verilsin.


Fond hesab edir ki, bu güzəştlərin tətbiqi kredit almaq üçün müraciət edənlərin sayını artıracaq. Bu vaxta olan məlumata görə təxminən 120-dən çox şəxs ipoteka üçün müraciət edib.


Amma rəyini bildirən Bakı sakinləri gənc ailələrin ipoteka kreditindən faydalanması üçün bir sıra başqa addımlar atılmasını istəyirlər.


Respondentlər kredit müddətinin 30 ilə qədər artırılmasını, şərtlərin yumşaldılmasını arzulayırlar.


Ekspert Əlikamal Həsənzadə isə ipoteka kreditinin Azərbaycanda tətbiqinin vaxtından əvvəl atılmış addım sayır. Onun fikrincə, Azərbaycanda hələlik oturuşmuş iqtisadi təsisatlar yoxdur, bu da bankları uzunmüddətli kredit verməkdən çəkindirir. Güzəştlərin tətbiq edilməsinə gəlincə, ekspert hesab edir ki, bu sistem heç də evə ehtiyacı olanları ipoteka krediti almağa həvəsləndirməyəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG