Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Çimərliklərdən qum daşınması ciddi ekoloji fəlakətlə nəticələnə bilər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, qumu adətən gecələr daşıyırlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, qumu adətən gecələr daşıyırlar

Ekologiya və Təbii Sərvətlər nazirliyinin bir müddət öncə apardığı monitorinqdə aydın olub ki, Bakının Buzovna, Pirşağı və Fatmayı çimərliklərinin qumu tikinti işlərindən istifadə üçün qeyri-qanuni olaraq daşınır. Nazirlik bildirir ki, bu qumu əsasən aztəminatlı adamlar daşıyırlar.


Ekoloqlar çimərlikləri əhatə edən qumun daşınmasının ciddi ekoloji fəlakətlə nəticələnə biləcəyini söyləyirlər. Onlar bunu həm insan sağlamlığına təhlükə, həm də təbiətə sərt müdaxilə sayırlar. Məsələn, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun fikrincə, bəzi xəstəliklərdən əziyyət çəkənlər çimərliyə qum vannası almaq üçün gedirlər. Ancaq çimərlik qumunun daşınması onları belə bir müalicədən məhrum edə bilər. Ekspertin fikrincə, qum daşınması təbii ekoloji tarazlığın pozulması baxımından daha təhlükəlidir. Ekspert Telman Zeynalov deyir ki, qumun daşınması nəticəsində bataqlıq yarana bilər. «Dənizin özünün iş qabiliyyəti var. Ləpələr qalxanda dənizə öz enerjisini söndürən material lazımdı, bu isə qumdur, balıqqulağıdır. Sonra da deyirik ki, dənizin səviyyəsi qalxır. Belə olan təqdirdə qalxar də…»


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Canpolad Bayramov deyir ki, Nazirlik imkan daxilində çimərlik qumunu daşıyanların qarşısını almağa çalışır. Onun sözlərinə görə, qumu adətən gecələr daşıyırlar. Kimi iş üstündə tutsalar cərimə edirlər. Cərimənin də məbləği azdır, 22 manat. Bir maşın qumu satanda isə 200 manat gəlir əldə eləmək olur. Cənab Bayramov deyir ki, buna görə də qanunsuz qum daşıyanlar 22 manat cəriməni asanlıqla verirlər. Ancaq nazirlik cərimənin qaldırılmasını təklif edir.


Ekoloq Telman Bayramov isə hesab edir ki, çimərliklərdən qanunsuz qum daşınmasının qarşısını almaq mümkün olmayacaq. Onun fikrincə, bu işlə məşğul olan adamları çəkindirmək üçün inzibati cəza yox, cinayət məsuliyyəti nəzərdə tutmaq lazımdır.


XS
SM
MD
LG