Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

“525-ci qəzet”: “Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşə bilərlər”


“525-ci qəzet”dəki “Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri Mosk­va­da gö­rü­şə bi­lər­lər” başlıqlı məqalədə bildirilir ki, sa­bah Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­yev MDB döv­lət baş­çı­la­rı­nın qey­ri-for­mal gö­rü­şün­də iş­ti­rak et­mək üçün Mosk­va­ya ge­də­cək. Azər­bay­can pre­zi­den­ti­nin İc­ra Apa­ra­tı­nın Xa­ri­ci Əla­qə­lər Şö­bə­si­nin mü­di­ri Nov­ruz Məm­mə­dovun verdiyi məlumata görə, MDB li­der­lə­ri­nin Mosk­va gö­rü­şü­nün kon­kret proq­ra­mı yox­dur və gün­də­li­yi də ha­zır­lan­ma­yıb. “Be­lə gö­rüş­lə­rin müs­bət ma­hiy­yə­ti qey­ri-rəs­mi söh­bət­lər za­ma­nı qar­şı­lıq­lı ma­raq do­ğu­ran möv­zu­lar qal­dır­maq­dan və mü­za­ki­rə et­mək­dən iba­rət­dir”, - de­yə cənab Məmmədov bil­di­rib. Şö­bə mü­di­ri­nin söz­lə­ri­nə gö­rə, gö­rüş­də ak­tu­al re­gio­nal və bey­nəl­xalq xa­rak­ter­li mə­sə­lə­lər də nə­zər­dən ke­çi­ri­lə bi­lər.


“Ayna” qəzetindəki “Uşaq pornoqrafiyasının qarşısının alınması üçün təkliflər hazırlanıb” başlıqlı məqalədə bildirilir ki, QHT Alyansı internatda yaşayan uşaqların təhsil, tibb hüquqlarının təminatı da daxil olmaqla, ailələrin problemlərinin həlli istiqamətində təkliflər hazırlayıb. QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidovun sözlərinə görə, həmin müssisələrdə növbəti monitorinqlər nəzərdə tutulub. Onun dediyinə görə, monitorinqlər internatların vəziyyəti barədə daha geniş məlumat almaqda yardımçı olacaq. Cənab Seyidov onu da bildirib ki, ölkədə uşaq pornoqrafiyasının qadağan edilməsi, azyaşlıların internet vasitəsilə arzuolanmaz seksə cəlbinin qarşısının alınması məqsədilə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. “Təkliflərdə internat və ya orta məktəblərdə, təsadüfi yerlərdə cinsi istismar hallarının qarşısını almaq məqsədilə qanunverici bazanın təkmilləşdirilməsi, kredit kartının istifadəsinə məhdudiyyətlər qoyulması məsələləri də var”, – deyə Nabil Seyidov vurğulayıb.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı Ukrayna Azərbaycan Konqresinin bir neçə gün öncə iki yerə parçalanmasının səbəblərini şərh edib. Müəllif diplomatik mənbələrə istinadən yazır ki, Ukraynada baş verən mövcud siyasi hadisələr, eləcə də sözügedən Konqresin bu ölkənin iqtidar və müxalifətinə fərqli münasibəti onun iki yerə parçalanmasında əsas amillərdən birinə çevrilib. Müəllifə görə, hazırda Ukraynada mövcud olan gərgin siyasi hadisələr fonunda Azərbaycan diasporunun tərəflərdən hər hansı birini dəstəkləməklə bağlı öz aralarında razılığa gələ bilməmələri Ukrayna siyasətçilərindən daha çox, Azərbaycanın maraqlarına zərbə vurur.


XS
SM
MD
LG