Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

AŞPA «Azadlıq» bloku və hüquq müdafiəçilərinə cavab verdi


AŞPA prezidenti Rene van der Linden «Azadlıq» bloku və hüquq müdafiəçilərinin müraciətinə cavab göndərib. Müraciət müəllifləri hakimiyyətin Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən narahat olduqlarını bildirmişdilər.


Xalq Cəbhəsi Partiyasının məlumatında bildirilir ki, Rene van der Linden cavab məktubunda onların narahatlığını bölüşdüyünü və AŞPA-nın yanvar və iyun sessiyalarında qəbul olunmuş qətnamələrində də Azərbaycanla bağlı narahatlığın vurğulandığını bildirib. Bununla belə, o ümidvardır ki, yaz sessiyasınadək, yəni Azərbaycanla bağlı növbəti monitorinqin nəticələri ilə bağlı hesabat hazırlananadək hakimiyyət konstruktiv addımlar atacaq. Azərbaycan hakimiyyətinin qurum qarşısında götürdüyü öhdəliklərə və AŞPA-nın tövsiyələrinə əməl edəcək.


«Azadlıq» bloku və hüquq müdafiəçiləri həmin məktubu AŞPA-ya iyunun 25-də göndərmiş və Azərbaycan nümayəndə heyətinin mandatını müzakirə etməsini xahiş etmişdilər. Cavab məktubunda isə bildirilir ki, AŞPA əməkdaşlıq yolu ilə inkişafa nail olmağa inanır.


XS
SM
MD
LG