Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

“Üç nöqtə”: “Göy göl ekoturizm zonasına çevriləcək”


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair sahilyanı ölkələrin dövlət başçılarının növbəti sammiti Tehranda keçiriləcək. Bu barədə qəzetə Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O, sammitin bu ilin sonunadək baş tutacağını istisna etməyib. Amma bundan əvvəl payızda Aşqabadda Xəzərin hüquqi statusuna dair İşçi Qrupunun növbəti iclası keçiriləcək. Nazir müavini bildirib ki, iclasda dənizin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsi, eləcə də dənizin dibindən istifadəni özündə əks etdirən Konvensiya layihəsində indiyədək açıq qalmış məsələlər müzakirə ediləcək.


“ABŞ üçün Azər­bay­can və Er­mə­nis­ta­nın ma­raq­la­rı xü­su­si bir əhə­miy­yət kəsb et­mir, onun özü­nün ma­raq­la­rı “bu re­gi­on­da is­tə­ni­lən va­ri­antda, hə­lə ki, sülh və sa­bit­lik ol­sun” prin­si­pi­nə əsas­la­nır və hə­lə də da­vam edir”, – ADP-nin sədri Rəsul Quliyev “Bakı-Xəbər” qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Partiya sədrinə görə, son vaxtlar ve­ri­lən açıq­la­ma­lar bir da­ha gös­tə­rir ki, Ame­ri­ka­nın nü­ma­yən­də­si ya Azər­bay­ca­nın qa­nun­la­rı­nı və Konsti­tu­si­ya­sı­nı bil­mir, ya da ümu­mi qa­nun­suz­luq mü­hi­tin­də be­lə bir cid­di prob­le­min həl­li­nin də qa­nun­la­ra əməl et­mə­dən hə­ya­ta ke­çi­ril­mə­si­nə ina­nır. “Azər­bay­can Konsti­tu­si­ya­sı Azər­bay­can əra­zi­lə­ri­nin də­yiş­di­ril­mə­si­nin, ar­tıq 11 il­dir ki, Azər­bay­can xal­qı­nın müs­təs­na hü­qu­qu ol­du­ğu­nu elan edib. Əl­bət­tə, “ha­ki­miy­yə­tin mən­bə­yi xalqdır” əsas prin­si­pi­ni po­zan öl­kə­də baş­qa əsas prin­sip də - əra­zi bü­töv­lü­yü prin­si­pi də po­zu­la bi­lər. An­caq bu­nun dün­ya­da de­mok­ra­ti­ya və qa­nun­la­rın ali­li­yi prin­sip­lə­ri­ni ana si­ya­sət ki­mi qə­bul edən Ame­ri­ka nü­ma­yən­də­si tə­rə­fin­dən unu­dul­ma­sı məq­bul de­yil”, – deyə cənab Quliyev vurgulayıb.


“Üç nöqtə” qəzetindəki “Göy göl ekoturizm zonasına çevriləcək” başlıqlı məqalədə bildirilir ki, Göy göl milli park elan olunduqdan sonra vətəndaşların burada istirahət etməsi mümkün olacaq. Artıq dövlət başçısı bir neçə qoruqla yanaşı, Göy gölün də milli park elan olunması tövsiyəsini verib. Qoruğun direktoru Bilal Əliyev deyir ki, indi də məsələ ilə bağlı Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyəti öz təkliflərini verməlidir. Əliyevin sözlərinə görə, park yaradıldıqdan sonra bu ərazidə ekoturizm layihəsinin yaradılması planlaşdırılır. Bu layihə çərçivəsində turist qruplarının iştirakı ilə gəzintilər təşkil olunacaq. Bundan başqa, Çaykənd, Toğana və Əzgilli kəndlərində yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.


“Şərq” qəzetində bildirilir ki, Vya­na­da ATƏT-in tə­şəb­bü­sü ilə ke­çi­ri­lən “KİV azad­lı­ğı: jur­na­list­lə­rin mü­da­fiə­si və in­for­ma­si­ya əl­də et­mə­si” möv­zu­sun­da mü­şa­vi­rə töv­si­yə­lə­rin qə­bu­lu ilə ba­şa çat­dı. Mü­şa­vi­rə hö­ku­mə­ti bey­nəl­xalq öh­də­lik­lər çər­çi­və­sin­də jur­na­list­lə­rin in­for­ma­si­ya al­ma­sı­nı, bü­tün növ in­for­ma­si­ya­la­rın da­ha ge­niş və sər­bəst ya­yıl­ma­sı­nı tə­min et­mə­yə, bu öh­də­lik­lə­rə uy­ğun gəl­mə­yən məh­du­diy­yət­lə­rin ləğ­vi­nə ça­ğır­dı. Mü­şa­vi­rə­nin iş­ti­rak­çı­sı ol­muş Me­dia Hü­quqları İns­ti­tu­tu­nun rəh­bə­ri Rə­şid Ha­cı­lı­nın töv­si­yə­lər­lə bağ­lı fi­kir­lə­ri nik­bin­dir: “Bu konfransdan sonra, jur­na­list­lə­rin in­for­ma­si­ya al­maq im­kan­la­rı­ ge­niş­lən­ə­cək. Jur­na­list­lə­rin da­ha sər­bəst in­for­ma­si­ya al­maq və yay­ma­sı­na im­kan ya­ra­da­caq. Bun­dan son­ra jur­na­list­lə­rin fi­zi­ki təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı, on­la­ra qar­şı hər han­sı qa­nun­suz hə­rə­kət­lə­rin araş­dı­rıl­ma­sı və ara­dan qal­dı­rıl­ma­sı­na tə­kan ver­mə­li­dir”, – deyə Rəşad Hacılı bildirib.


XS
SM
MD
LG