Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

“525-ci qəzet”: “Serj Sarkisyan prezidentlik uğrunda mübarizəyə başladı”


“Yeni Azərbaycan” qəzetindəki “Qiymətli kağızlar bazarında canlanma müşahidə edilir” başlıqlı məqalədə bildirilir ki, 2006-cı ilin əvvəllərindən qiymətli kağızların tədavülündə yenidən nəzərə çarpan canlanma inflyasiyanın qarşısının alınmasında işləri bir qədər də yaxşılaşdırıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədovun qeyd etdiyinə görə, bu ilin birinci yarısında qiymətli kağızlar bazarının bütün istiqamətlərində yüksək inkişaf tempi müşahidə olunub. Cənab Məmmədova görə, qiymətli kağızların son bir ildə əsas üstünlüyündən biri ondan ibarət olub ki, dövlət qısamüddətli istiqrazları təkrarən bazara yerləşdirib, bu isə pul kütləsinin yenidən dövriyyəyə cəlb edilməsi hesab olunur. Maliyyə Nazirliyinin sifariş verdiyi istiqrazlarla bərabər, Milli Bankın notları da qiymətli kağızlar bazarında xeyli möhkəmlənib.


“Yeni Müsavat” qəzeti xəbər verir ki, Azərbaycandan İraqa benzin daşınması son vaxtlar ciddi şəkildə azalıb. İranın Astara Gömrük İdarəsindən İRNA Agentliyinə verilən məlumata görə, bu ilin yazından başlayaraq İran sərhəddindən yük avtomobillərinin tranzit keçidi xeyli azalıb. Buna səbəb Azərbaycandan İraqa benzin daşıyan maşınların sayının ciddi şəkildə azalmasıdır.


“525-ci qəzet”dəki “Serj Sar­kis­yan pre­zi­dent­lik uğ­run­da mü­ba­ri­zə­yə baş­la­dı” başlıqlı məqalədə bildirilir ki, Er­mə­nis­ta­nın Mü­da­fiə na­zi­ri, Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ka­ti­bi Serj Sar­kis­yan ötən həf­tə­nin son­la­rı öl­kə­nin Baş na­zi­ri And­ra­nik Mar­qar­ya­nın rəh­bər­lik et­di­yi Res­pub­li­ka Par­ti­ya­sı­na üzv ol­maq­la bağ­lı əri­zə ya­zıb. Müəllifə görə, Res­pub­li­ka Par­ti­ya­sı­na üzv ol­maq­la Sar­kis­yan fak­ti­ki ola­raq 2008-ci il­də ke­çi­ri­lə­cək pre­zi­dent seç­ki­lə­rin­də iş­ti­rak et­mək əz­mi­ni or­ta­ya qo­yub. Müəllifin yazdığına görə, Serj Sar­kis­yan özü də pre­zi­dent­li­yə na­mi­zəd­li­yi­ni irə­li sü­rə­cə­yi­ni is­tis­na et­mə­yib. Sar­kis­yan Er­mə­nis­tanın bə­zi sa­hib­kar­la­rı­nın onu dəs­tək­lə­mə­lə­ri ilə bağ­lı açıq­la­ma­la­rı­na müs­bət ya­naş­dı­ğı­nı da bildirib.


XS
SM
MD
LG