Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:50

Şikayətçilərin ərizələrinə baxılması sürətləndirilir


Azərbaycandakı 52 cəzaçəkmə müəssisəsində saxlanan istənilən şəxs haqqında dərhal məlumat almaq mümkündür
Azərbaycandakı 52 cəzaçəkmə müəssisəsində saxlanan istənilən şəxs haqqında dərhal məlumat almaq mümkündür

Sara Əliyeva Kürdəmirdən 1 saylı cəzaçəkmə yerinə oğluyla görüşməyə gəlib. Ancaq ona deyiblər ki, görüş olmayacaq. Niyəsini izah eləyən də tapılmayıb. Bu qadın da günəşin altında var-gəl edir, nə edəcəyini bilmirdi. «Deyir görüşməyə icazə yoxdu. Buraxmırlar, belə çıxır mən geri qayıtmalıyam. Rəisin nömrəsini götürmüşdüm, zəng edirəm cavab vermir».


Sara Əliyeva kimə zəng edəcəyini, kimdən şikayət edəcəyini, haradan nə soruşacağını bilmir. Oğlu haqqında da ona məlumat vermirlər. Onun vəziyyətində olanların problemini daha sürətli araşdırmaq üçün Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində şikayəti olan vətəndaşlar üçün yeni xidmət yaradılıb. Bundan sonra hər həftənin beşinci günü vətəndaşların qəbuludur. Giriş qapısında qəbul günləri və saatları göstərilən cədvəl vurulub. İdarənin əməkdaşı Tələt Əliyev deyir ki, yeni iş qaydaları süründürməçiliyin qarşısını almaq üçündür:


«Qəbuldan əvvəl vətəndaşları dinləyirik, ərizələrinə baxırıq. Müraciətlər işə müxtəlifdir - qəbulla da bağlı ola bilər, məhkumun vəziyyəti, saxlanması, ya da yerdəyişməylə və s. bağlı. Sonra ərizə qeydiyyata salınır və nazir müavininə verilir. Ərizəçini o özü qəbul edir».


Məhkəmə Qərarlarının İcrası Baş İdarənin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərov şikayətçilərdən birini qəbul edir. Onu dinləyəndən sonra şikayətçinin xeyrinə ərizəsinə dərkənar qoyur. Deyəsən, bu şikayətçinin özünü də təəccübləndirir: «Nə yaxşı, heç belə tez başa gələcəyini gözləmirdim».


Bundan başqa idarədə vətəndaşlar üçün məhkumlarının hazırkı vəziyyətini öyrənmək üçün məlumat şəbəkəsi də açılıb. Burda Azərbaycandakı 52 cəzaçəkmə müəssisəsində saxlanan istənilən şəxs haqqında dərhal məlumat verilir.


Belə çıxır bundan sonra Kürdəmirdən gələn Sara Əliyeva oğlunun hazırkı vəziyyəti haqqında daha tez məlumat ala biləcək.


«Dövlət idarələrində vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında» fərmanı prezident 1998-ci ildə imzalayıb. 2001-ci ildə ədliyyə naziri ədliyyə orqanlarında vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsiylə bağlı əmr imzalayıb. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindəki bu yeniliyin həmin əmrdən irəli gəldiyi deyilir. Müraciətlərin sürətli baxılması da hələ ki, birinci dəfə bu idarədə tətbiq olunur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG