Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

«Zimbru»nun erməni əsilli oyunçuları Bakıya gəlməyəcəklər


Moldovanın «Zimbru» komandasının erməni əsilli oyunçuları iyulun 27-də UEFA kubokunun seçmə mərhələsinin təkrar qarşılaşmasında Bakıda «Qarabağ» komandası ilə keçiriləcək oyuna gəlməyəcəklər. «Zimbru»nun yarımmüdafiəçisi Karen Aleksanyan və hücumçu Qalust Petrosyan bunu təhlükəsizlik məsələsiylə əlaqələndiriblər. Kişinyovda keçirilən və 1-1 hesabıyla başa çatan oyunda «Qarabağ»ın qapısından qolu Qalust Petrosyan keçirmişdi.


«Qarabağ»ın Mətbuat Xidmətinin rəhbəri Asif Əsgərov isə deyib ki, UEFA-nın qaydalarına görə, ev sahibi olan komanda qonaq komandanın təhlükəsizliyinə zəmanət verməlidir: «Amma «Zimbru»nun oyunçuları «Qarabağ»ın belə bir təminat verib-verməyəcəyini öyrənmədən qərar çıxarıblar».


Günün bütün mövzuları

XS
SM
MD
LG