Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

AB ilə müzakirələr iqtisadi və siyasi istiqamətdə aparılır


İyulun 17-də Bakıda Azərbaycanın Avropa Birliyinin (AB) «Yeni Qonşuluq Siyasəti»nə qoşulması ilə bağlı danışıqların üçüncü mərhələsi başlanıb. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə bildirir ki, müzakirələr əsasən iqtisadi və siyasi istiqamətdə - fəaliyyət planı ilə bağlı tərəflərin razılaşmadığı məqamlar üzərində aparılır. Danışıqlarin nə qədər çəkəcəyi məlum olmasa da, AB müzakirələri yaxın vaxtlarda başa catdırmaq niyyətindədir. Cənab Tağızadənin cözlərinə görə, məqsəd payızda Cənubi Qafqazın üç olkəsi ilə danışıqları yekunlaşdırıb uyğun sazişlər imzalamaqdır.



Günün bütün mövzuları

XS
SM
MD
LG