Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

«Gün Səhər»: «Arabul villa sahiblərindən danışacaq»


«Gün Səhər» qəzetində bildirilir ki, «Barmek-Azərbaycan» şirkəti hökumətlə bağladığı müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra xarici investorların Azərbaycana marağının azalacağı barədə proqnozlar verilir. Nazirlər Kabinetinin iqtisadi və maliyyə krediti siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev isə belə bir fikrin formalaşmasına görə «Barmek-Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabulu günahlandırır. «Barmek»in öz öhdəliklərini yerinə yetirmədiyini deyən Oqtay Haqverdiyevin fikrincə, şirkət rəhbərliyi səhlənkar abonentlərlə daha sərt davranmalıydı. «Barmek» rəhbəri Hüseyn Arabul isə qəzetə verdiyi açıqlamada «Hüseyn Arabul köhnə transformator quraşdırdı», «investisiya yatırmadı», «başqasının malını investisiyaya daxil etdi», «pul yığmaq üçün insanlarla sərt davranmadı», «vergi ödəmədi» kimi ittihamları «boş və mənasız söhbətlər» adlandırıb.


«Bakı Xəbər» qəzetindəki «Tikinti maqnatları dövlət məmurlarına qalib gəlir?» başlıqlı məqalədə deyilir ki, Bakıda inşa edilən çoxmərtəbəli binalarla bağlı rəsmilər tərəfindən ziddiyyətli açıqlamalar verilsə də, onların inşası aktiv templə davam etməkdədir. Lakin müstəqil ekspertlər bildirir ki, əgər tikinti bu şəkildə davam edərsə, Bakını ciddi fəlakət gözləyir. Bakı şəhər Baş Tikinti İdarəsinin keçmiş rəisi, memar Emil Axundov deyir ki, tikinti işləri şəhərin arxitekturasını ciddi şəkildə pozmaqla yanaşı, inşaat materiallarının keyfiyyəti də təhlükə yaradır. Memar tikintidə istifadə edilən materialların, o cümlədən qum və qrabelin yararsız olduğunu diqqətə çatdırır. Fövqəladə Hallar Nazirliyinin Arxitektura Komitəsinin rəhbəri Minarə Hüseynova isə Emil Axundov tərəfindən gətirilən bir çox arqumentləri rədd edərək, bugünkü yeni binaların möhkəm və dayanıqlı olduğunu bəyan edir. Onun sözlərinə görə, tikinti sektorunda pozuntular olsa da, vəziyyət elə də acınacaqlı deyil.



«Ra­yon ic­ra ha­ki­miy­yət­lə­rin­də yox­la­ma­lar ke­çi­ril­sə, ən azın­dan 3-4 ic­ra baş­çı­sı və­zi­fə­si ilə vi­da­laş­ma­lı ola­caq». Bu söz­lə­ri «Şərq» qəzetinin əmək­da­şı ilə söh­bə­tin­də müs­tə­qil eks­pert Cüm­şüd Nu­ri­yev deyib. Ver­gi­lər Na­zir­liyi tərəfin­dən ra­yon ic­ra ha­ki­miy­yət­lə­rin­də yox­la­ma­la­rın aparılmasını alqışlayan ekspert bildirib ki, yer­lər­də əha­li­ ic­ra struk­tur­la­rın­dan na­ra­zı olduğu­ halda bü­tün bu mə­sə­lə­lə­rin döv­lət tə­rə­fin­dən nə­za­rə­tə gö­tü­rül­mə­si müs­bət hal­dır. Ekspertin fikrincə, belə təd­bir­lər kor­rup­si­ya hal­la­rı­nın qar­şı­sı­nın alınma­sı üçün də müs­bət ad­dım­dır.


XS
SM
MD
LG