Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:52

Din Xadimlərinə Hüquqi Yardım Mərkəzi yaradılacaq


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Din Xadimlərinə Hüquqi Yardım Mərkəzi yaradılacaq. Bu barədə qərar Komitə rəhbərliyinin iyulun 14-də Bakıda fəaliyyət göstərən müsəlman icmalarıyla görüşündə verilib. Görüşdə əsas müzakirə mövzusu qeydiyyat problemləri, dini yönümlü tədbirlərin keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə yaranan problemlər olub. Komitənin mətbuat xidmətinin rəhbəri Aqil Hacıyevin sözlərinə görə, bu müzakirənin nəticəsində hüquqi mərkəzin yaradılması qərara alınıb.


Görüşdə həmçinin o da qərara alınıb ki, ali dini təhsilli mütəxəssislərin məlumat bazası yaradılsın. Aqil Hacıyevin sözlərinə görə, onlar yaxın günlərdə digər dini icma nümayəndələriylə də görüş keçirəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG