Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

«Azərbaycanın İrandan ayrılması fikri ən böyük böhtandır»


İranının müdafiə naziri Mustafa Məhəmməd Nəccar, 21 avqust 2005

İranının müdafiə naziri Mustafa Məhəmməd Nəccar, 21 avqust 2005

İranının müdafiə naziri Mustafa Məhəmməd Nəccar İranının hərbi qüvvələrinin ölkənin ərazi bütövlüyünü müdafiəsinə hazır olduğunu bildirib. Prezidentlə birgə Təbrizdə səfərdə olan nazir, bunu hazırda Azərbaycan regionunda yerləşdirilən “Aşura Ləşkəri” adlı 31-ci briqadanın əsgərləri qarşısındakı çıxışı zamanı deyib.


Həmin qüvvələr Babək qalasına yürüşün qarşısının alınması məqsədi ilə Kəleybər mahalında, daha sonra isə prezident Mahmud Əhmədenejadın səfəri zamanı Təbrizdə yerləşdirilib. İranının müdafiə naziri Mustafa Məhəmməd Nəccar əlavə edib ki, Azərbaycanın İrandan ayrılması fikri Azərbaycan xalqına qarşı ən böyük böhtandır. İlk dəfədir ki, İranın Müdafiə Nazirliyi Azərbaycanın İrandan ayrılması məsələsinin ciddiliyini rəsmən dilə gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG