Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:30

Azərbaycan yığması Serbiya-Çernoqoriya ilə yox, Serbiya millisi ilə qarşılaşacaq


Futbol üzrə Azərbaycan yığmasının 2008-ci ildə keçiriləcək Avropa Çempionatının qrup mərhələsindəki rəqiblərindən biri dəyişib. Azərbaycan futbolçuları Serbiya-Çernoqoriya yığması ilə yox, Serbiya millisi ilə qarşılaşacaq. Bunun səbəbi bu il mayın 23-də Çernoqoriyanın referendum nəticəsində müstəqillik əldə etməsi və Serbiyadan ayrılmasıdır. İndi həm Serbiyanın, həm də Çernoqoriyanın öz futbol federasiyaları var. Amma UEFA-nın - Avropa Futbol Assosiasiyaları Birliyinin İcraiyyə Komitəsinin Berlində keçirilən toplantısında Serbiya-Çernoqoriyanın rəsmi xələfi kimi Serbiya millisi tanınıb. Çernoqoriya isə beynəlxalq futbol qurumlarına qoşulmaq üçün müraciət etməlidir. Beləliklə sentyabrın 2-də Azərbaycan komandası Belqradda məhz Serbiya millisi ilə qarşılaşacaq. Çernoqoriyalı futbolçuların yoxluğunun Serbiya komandasını elə ciddi zəiflədəcəyi gözlənilmir. Çünki Serbiya-Çernoqoriya yığmasında aparıcı oyunçuların əksəriyyəti serblər idi.



XS
SM
MD
LG