Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29

Tələbələr Universitet rəhbərliyinin istəyinə müqavimət göstərməyəcəklər


Müstəqil Azərbaycan Universitetinin (MAU) rəhbərliyi tələbələrin binanı tərk etməsi və oturaq aksiyanı dayandırması üçün günün sonunadək möhlət verib. Rəhbərliyin bu tələbini tələbələrə dekan Sahib Qocayev çatdırıb.


Aksiya iştirakçılarından Xalid Qarayev deyir ki, onlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirmək niyyətindədirlər. Amma universitet rəhbərliyi zor tətbiq edərək onları binadan çıxarmaq istəsə, tələbələr müqavimət göstərməyəcək, rektorun istəyinə tabe olacaqlar.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbuluna görə, MAU-nun lisenziyasını ləğv etdikdən sonra iyunun 1-dən həmin universitetin bir qrup tələbəsi aclıq aksiyasına başlamışdı. Nazirlik qanunsuz qəbul olunmuş ikinci kurs tələbələri istisna olmaqla, bütün tələbələrin digər ali məktəblərə köçürülməsinə icazə vermişdi. Tələbələrsə bu hüququn ikinci kurs tələbələrinə də şamil olunması tələbilə oturaq aksiya keçirirdilər. Təhsil Nazirliyi bu məsələnin məhkəmədə həll oluna biləcəyini bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG