Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:20

“525-ci qəzet”: “Separatçılar Şuşanı turizm mərkəzinə çevirirlər”


“Xalq Cəbhəsi” qəzetindəki “Böyük ümidlər bəslənilən BTC” başlıqlı məqalədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və onun Azərbaycan iqtisadiyyatına təsiri şərh olunur. Müəllif yazır ki, dünya bazarında bir tərəfdən enerji resurslarına tələbat artır, digər tərəfdən isə, ehtiyatlar azalır. Ona görə də 70-80 illik neft ehtiyatlarına malik Azərbaycan indi həyata keçirdiyi layihələrin hesabına böyük gəlirlər əldə edəcək. Müəllifə görə, üç türk dövlətinin - Azərbaycan, Türkiyə və Qazaxıstanın BTC vasitəsiylə birləşməsi Turançılığa aparan yolda da mühüm addımdır.


“525-ci qəzet”dəki “Se­pa­rat­çı­lar Şu­şa­nı tu­rizm mər­kə­zi­nə çe­vi­rir­lər” başlıqlı məqalədə bildirilir ki, Dağ­lıq Qa­ra­ba­ğın se­pa­rat­çı re­ji­mi Azər­bay­ca­nın iş­ğal al­tın­da olan tor­paq­la­rın­da, xü­su­si­lə Şu­şa şə­hə­rin­də tu­rizm mər­kə­zi ya­rat­ma­ğa baş­la­yıb. “Req­num” Agent­li­yi­nin mə­lu­ma­tı­na əsa­sən, tu­rizm se­pa­rat­çı re­ji­min iq­ti­sa­diy­ya­tı­nın prio­ri­tet sa­hə­lə­rin­dən bi­ri elan olu­nub. Mə­lu­mat­da de­yi­lir ki, son il­lər bu sa­hə­yə, əsa­sən, er­mə­ni lob­bi­si tə­rə­fin­dən bö­yük miq­dar­da sər­ma­yə qo­yu­lub. O da bildirilir ki, ha­zır­da Şu­şa­da so­vet döv­rün­də ti­ki­lən meh­man­xa­na­da re­kons­truk­si­ya iş­lə­ri apa­rı­lır. Ya­xın iki il ər­zin­də hə­min meh­man­xa­na­nın açı­lı­şı ola­caq.


“Bakı-Xəbər” qəzeti xəbər verir ki, He­sab­la­ma Pa­la­ta­sı döv­lət büd­cə­sin­dən ay­rı­lan və­sa­it­lə­rin ne­cə xərclən­mə­si­lə bağ­lı bü­tün bə­lə­diy­yə­lər­də yox­la­ma pro­se­si­nə baş­la­yıb. Pa­la­ta­nın bu­nun­la bağ­lı yay­dı­ğı mə­lu­ma­ta gö­rə, il­kin ola­raq Xə­tai bə­lə­diy­yə­sin­də döv­lət və­sa­it­i­nin ne­cə xərclən­di­yi öy­rə­ni­lir. Xə­tai bə­lə­diy­yə­sin­də yox­la­ma­lar, təx­mi­nən iki ay ön­cə baş­la­sa da, bu vax­ta qə­dər da­vam et­mək­də­dir. Yox­la­ma­la­rın ge­di­şin­də mü­əy­yən nöq­san­la­rın ol­du­ğu bil­di­ril­sə də, He­sab­la­ma Pa­la­ta­sı bun­la­rın nə­dən iba­rət ol­du­ğu­nu açıq­la­ma­ğa hə­lə tə­ləs­mir. Büd­cə­dən ay­rı­lan və­sa­it­lə­rin xərclən­mə­si­nə döv­lət or­qan­la­rı­nın nə­za­rət me­xa­niz­mi isə bə­lə­diy­yə­lə­rin na­ra­zı­lı­ğı­na sə­bəb olub. Bu­na əsas sə­bəb isə, He­sab­la­ma Pa­la­ta­sı ilə ya­na­şı, mü­va­fiq ic­ra struk­tur­la­rı­nın bə­lə­diy­yə­lər­də öz­ba­şı­na yox­la­ma­lar apar­ma­sı­dır.


“Şərq” qəzetinin əməkdaşı yazır ki, “Am­nesty In­ter­na­tio­nal” Bey­nəl­xalq Hü­quq-Mü­da­fiə Təş­ki­la­tı Azərbaycandakı söz azad­lı­ğı­nın get­dik­cə pis­ləş­mə­si qə­naə­tin­də­dir. Qu­rum jur­na­list­lə­rin dö­yül­mə­si və öl­dü­rül­mə­si hal­la­rı­nın mü­vəf­fə­qiy­yət­li araş­dı­rıl­ma­ma­sın­dan na­ra­hat­lı­ğı­nı giz­lət­mir. Bey­nəl­xalq təş­ki­la­tın bu bə­ya­na­tı ilə bə­zi me­dia ka­pi­tan­la­rı ra­zı­laş­ma­sa da, ək­sə­riy­yə­ti bu fik­rin doğ­ru ol­du­ğu qə­naə­tin­də­dir. “Bir ne­çə jur­na­lis­tə qar­şı edi­lən təz­yiq­lə­rin araş­dı­rıl­ma­ma­sı, mər­hum El­mar Hü­sey­no­vun qa­til­lə­ri­nin ta­pıl­ma­ma­sı, Ba­həd­din Hə­zi­ye­vin mə­ruz qal­dı­ğı zo­ra­kı­lıq və bu ki­mi hal­la­rın is­tin­taq or­qan­la­rı tə­rə­fin­dən açıl­ma­ma­sı­na gö­rə bey­nəl­xalq qu­rum­la­rın əlin­də əsas­lar mey­da­na çı­xır. Fik­rim­cə, or­ta­da olan fakt­la­rın üs­tü açı­la­na qə­dər, bey­nəl­xalq mət­bu­at təş­ki­lat­la­rı ilə Azər­bay­can ara­sın­da söz azad­lı­ğı ilə bağ­lı gər­gin­lik və prob­lem­lər or­ta­dan qalx­ma­ya­caq”, - “Ba­kı-Xə­bər” qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev bu fikirdədir.


XS
SM
MD
LG