Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17

Yenə də üçüncü qrupa daha çox abituriyent sənəd verib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 12-ə olan ilkin məlumatına görə, bu ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı 97 581 nəfərdir. Onlardan 88 352 nəfər Azərbaycan bölməsinə, 9229 nəfərsə rus bölməsinə ərizə verib.


TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hikmət Kazımov «Azadlıq» radiosuna bildirib ki, ən çox sənəd üçüncü qrupa - humanitar ixtisaslara verilib. Plan yeri 6929 olsa da, bu qrupa ərizə verənlərin sayı 28 787 nəfərdir. İkinci yerdə birinci qrup - riyaziyyat ixtisası gəlir. Bu qrupda qəbul planı 8417, sənəd verən abituriyentəlrin sayı isə 13 800 abituriyentdir.


Qəbul imtahanlarının haqqında yaxın günlərdə, bütün ərizələr araşdırılandan sona məlumat verilcək.


Magistraturaya sənəd qəbulu isə iyulun 14-dək davam edəcək.



Günün bütün mövzuları

XS
SM
MD
LG