Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

Ruslan Bəşirli 7 il azadlıqdan məhrum edilib


«Yeni Fikir»çilər «Azadlıq» blokunun mitinqində, 2005

«Yeni Fikir»çilər «Azadlıq» blokunun mitinqində, 2005

İyulun 12-də «Yeni Fikir»çilərin işi ilə bağlı keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmə «Yeni Fikir» Gənclər Təşkilatının (GT) sədri Ruslan Bəşirlini 7 il, onun müavini Ramin Tağıyevi isə 4 il azadlıqdan məhrum edib. GT sədrinin digər müavini Səid Nuriyevin səhhəti nəzərə alınaraq ona 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.


İyulun 10-da prokurorun ittiham nitqindən sonra Ruslan Bəşirli məhkəmənin qərarı ədalətli olmasa aclıq aksiyasına başlayacaqlarını söyləyib. Təşkilatın sədr müavini Səid Nuriyev isə, hökmdən apellyasiya şikayəti verəcəklərini və Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəklərini deyir: «Biz bu qərarla razı deyilik. Yaxınlarda mətubat konfransı keçirib atacağımız addımları elan edəcəyik. Bizim siyasi məhbus olduğumuz beynəlxalq qurumlarda şübhə doğurmur və tezliklə həmkarlarım azad olunacaqlar».


«Yeni Fikir» GT ötən il parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı «Azadlıq» blokunun mitinqlərində fəallığı ilə seçilirdi. Ötən il avqustun 4-də onlar hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunaraq həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG