Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində üç pillə irəliləyib


Futbol üzrə Azərbaycan yığması FİFA-nın açıqladığı yeni reytinq cədvəlində üç pillə irəliləyərək 109-cu yerə qalxıb. Birinci yerdə əvvəlki kimi Braziliya yığmasıdır. Hətta son Dünya Çempionatının dörddə bir finalında uduzmaları da onları birinci pillədən tərpədə bilməyib. Braziliyalılar bugünlərdə Dünya çempionu adını qazanmış və reytinqdə 11 pillə irəliləyərək ikinci pilləyə qalxan İtaliya millisini təxminən 1000 bal qabaqlayırlar. Sonrakı yerlərdə Argentina , Fransa və İngiltərə gəlir. Keçmiş sovet ölkələrindən ən yaxşı göstərici Ukrayna yığmasına məxsusdur – 15-ci yer. Rusiya 34-cü, Gürcüstan 87-ci, Ermənistan isə 105-ci göstəriciylə Azərbaycanı qabaqlayır. Tacikistan 116-cı, Qırğızıstan 121-ci, Qazaxıstan 140-cı, Türkmənsitan isə 148-ci reytinqlə sonrakı yerlərdə qərarlaşıblar.


Azərbaycanın AVRO-2008-dəki digər rəqibləri - Portuqaliya 8-ci, Polşa 30-cu, Serbiya-Çernoqoriya 36-cı, Belçika isə 57-ci yeri tutur.


Cədvəldə Türkiyə yığması 27-ci yerdə qərarlaşıb.


FİFA-nın son reytinqi 196 komanda arasında keçirilib. Cədvəl yeni qaydalar əsasında tərtib edilib, artıq son 8 ilin yox, 4 ilin göstəriciləri nəzərə alınıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG