Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:52

“Ayna”: “Cəbhədə lokal xarakterli hərbi əməliyyatların həyata keçiriləcəyi gözlənilir”


“Yeni Azərbaycan” qəzetindəki “Paytaxtda sərnişindaşıma xidməti yaxşılaşdırılacaq” başlıqlı məqalədə bildirilir ki, “Avtonəqliyyatservis” departamenti tabeçiliyindəki müəssisələrin hesabına Bakı şəhərinə xarici ölkələrdən iritutumlu avtobuslar gətirməyi planlaşdırır. Departament nəqliyyat təsərrüfatının inkişafı ilə bağlı proqram hazırlayıb. Məqalə müəllifinin yazdığına görə, tədbirlər planına həm də nəqliyyatdakı ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ekoloji postların yaradılması, tıxacların aradan qaldırılması, sərnişinlərin təhlükəsizlik şəraitinin yaradılması, xarici ölkələrin avtomobil daşınmaları sahəsində təcrübənin tətbiq edilməsi, maşın parkının yeniləşməsi və digər işlər daxildir.


“Şərq” qəzetində bildirilir ki, Da­xi­li İş­lər Na­zir­li­yi Baş Ci­na­yət-Ax­ta­rış İda­rə­si­nin sa­biq baş əmə­liy­yat mü­vək­ki­li Ha­cı Məm­mə­do­v is­tin­taq ifa­də­lə­rin­də ona “Mo­ni­tor” jur­na­lı­nın mər­hum baş re­dak­to­ru El­mar Hü­sey­no­vu öl­dür­mək­lə bağ­lı si­fa­riş gəl­di­yi­ni, la­kin bu si­fa­ri­şi ye­ri­nə ye­tir­mək­dən im­ti­na et­di­yi­ni bil­di­rib. Si­fa­ri­şin kim tə­rə­fin­dən gəl­di­yi­ni açıq­la­ma­yan Hacı Məm­mə­dov onu ye­ri­nə ye­tir­mək­dən nə üçün im­ti­na et­di­yi ba­rə­də də mə­lu­mat ver­mə­yib. Müəllif yazır ki, Hacı Məm­mə­do­vun ifa­də­sin­də to­xun­du­ğu bu mə­qama mü­na­si­bət bir­mə­na­lı de­yil. Bə­zi­lə­ri mərhum Hü­sey­no­vun Hacı Məm­mə­do­vun dəs­tə­si tə­rə­fin­dən qət­lə ye­ti­ril­mə­si­nin re­al­lı­ğa ya­xın ol­du­ğu­nu dü­şün­sə də, bir çox­la­rı bu fi­kir­lə­ri pay­laş­mır. Elmar Hü­sey­no­vun qət­li­nin araş­dı­rıl­ma­sı məq­sə­di ilə ya­ra­dıl­mış İc­ti­mai Təh­qi­qat­lar Qru­pu­nun üz­vü Əlöv­sət Əli­yev Hacı Məm­mə­dov­la Elmar Hü­sey­no­vun qət­li­nin əla­qə­li ol­ma­dığını dü­şü­nən­lər sı­ra­sın­da­dır.


“Ayna” qəzetinin əməkdaşı yazır ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanat verərək Qarabağ


münaqişəsinin nizamlanması ilə bağlı tərəflərdən təşəbbüs gözləməsi problemin həllində mahiyyətcə yeni mərhələ yaradıb. Belə ki, indi sülh sazişi çox da uzaqda görünmür. Amma ona çatmaq üçün hərbi əməliyyatların bərpası qaçılmaz amilə çevrilib. Müəllif yazır ki, diplomatik qaynaqlardan “Ayna”ya daxil olan məlumata görə, hazırda münaqişə tərəfləri və beynəlxalq vasitəçilər yaranmış vəziyyətin nə dərəcə həlledici olmasını yaxşı dərk edir. Müşahidəçilər hesab edir ki, hərbi əməliyyatların başlanmasına daha ciddi çağırışları artıq yaxın vaxtlarda eşitmək mümkün olacaq. Bunun ardınca cəbhədə - Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşəcəyi, hətta lokal xarakterli hərbi əməliyyatların həyata keçiriləcəyi gözlənilir.


“Bakı-Xəbər” qəzetindəki “Siyasi məhbus problemi həll edilibmi?” başlıqlı məqalədə bildirilir ki, Ədliyyə naziri Fikrət Məmmədov bəzi hüquq müdafiəçilərinin hazırladıqları yeni siyasi məhbus siyahılarına baxıldığını deyib. Nazir bildirib ki, əslində, həmin siyahılara daxil edilənlərin hamısını, avtomatik olaraq bu kateqoriyadan olan məhbus saymaq düzgün deyil. Bununla belə, Fikrət Məmmədov hüquq müdafiəçiləri tərəfindən tərtib olunan siyahılarda adı göstərilən hər bir məhbusla bağlı fərdi araşdırmalar aparıldığını və onların cinayət işlərinin öyrənildiyini diqqətə çatdırıb.


XS
SM
MD
LG