Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Son beş ildə mina partlamasından 48 nəfər dünyasını dəyişib


Son 15 ildə Azərbaycanda minalardan xəsarət alanların sayı 1800 nəfərdən artıqdır

Son 15 ildə Azərbaycanda minalardan xəsarət alanların sayı 1800 nəfərdən artıqdır

Ermənistanla sərhəd bölgələrdə yaşayan insanların əsas bir qayğısı da var - partlamamış minalar. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, son beş ildə mina partlamasından 48 nəfər dünyasını dəyişib, 108 nəfər xəsarət alıb. Son 15 ildə isə minalardan xəsarət alanların sayı 1800 nəfərdən artıqdır.


...Mina dəhşətindən salamat çıxan Coşqun Tağıyev Mərdəkanda Əlillərin Pansionatında müalicə olunur. Deyir ki, minaya düşənə qədər sürücü işləyib, cəbhə bölgəsində bir qolunu itirəndən sonra sosial qayğıları həddən artıq olsa da, həyata daha çox bağlanıb. Ailə qurub, indi iki uşaq atasıdır. Bacardığı işlərin qulpundan yapışır. Deyir, işdən qorxan deyiləm: «İşsiz dayana bilmirəm. Arzulayıram ki, maşınım olsun, neçə ildir «OKA»nın növbəsindəyəm».


Bu ildən başlayaraq Coşqun kimi pansionatda minadan əziyyət çəkən 20 nəfər əlil müalicə olunur. Pansionatın baş həkimi Arif Məmmədov deyir ki, onlar daha çox sinir sistemi pozuntularından, ətrafların yoxluğundan əziyyət çəkirlər.


Həkimlərdən biri Məlahət Cəfərova: «Xəstəm vardı, minaya düşəndən sonra iki gözünü itirmişdi. Onunla söhbət edəndə sevinirdi, deyirdi, yaşaya bilərəm. Ümumiyyətlə bu tip xəstələrin pisxikalarında dəyişiklik yaranar, onlara eyni səviyyəli insan kimi yanaşanda bilirlər ki, yaşayırlar, həyatda nələrsə edə bilərlər».


ANAMA minaların zərəsizləşdirilməsi ilə yanaşı, əhalinin ondan necə qorunmasıyla bağlı maarifçiliklə də məşğul olur. Agentliyin informasiya meneceri Əziz Əliyev: «Minadan zərərçəkənlərin yaşı 15-dən 44-ə qədərdir, 29-44 yaş arasında olanlar da az deyil».


Agentliyin məlumatına görə, hazırda Azərbaycanda minalı ərazilərə yaxın 643 yaşayış məntəqəsi var. Bu məntəqələrdə 514 min adam yaşayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG