Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

Ədliyyə Nazirliyi ömürlük məhbuslardan üçünün aclıq etdiyini təsdiqlədi


Qobustan qapalı həbsxanasında 230 məhbusun ömürlük həbs cəzası aldığı bildirilir
Qobustan qapalı həbsxanasında 230 məhbusun ömürlük həbs cəzası aldığı bildirilir

Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi Nazim Ələkbərov Qobustan qapalı həbsxanasında üç nəfər məhkumun aclıq etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bir neçə gün öncə üç nəfər məhkum Georgi Giladze, Əli Quliyev və Şakir Rzaxanov ömürlük həbs cəzasının 15 illik həbslə əvəzlənməsi tələbi ilə aclığa başlayıblar. Hazırda onların səhhəti normaldır və həbsxananın tibb sanitar hissəsində yerləşdiriblər: «Orda yerləşdirmişik ki, aclıq edirlərsə, qoy həkimlərin nəzarəti altında olsunlar».


İyulun 11-də qapalı həbsxanada monitorinq aparan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə, bildirir ki, onun görüşdüyü məhkumlardan dörd nəfər aclıq edir. Bununla belə, komitə sədri əvvəllər aclıq edənlərin çox olduğunu, amma sonradan bəzilərinin aksiyanı dayandırdığını bildirir.


İndiyədək müxtəlif mənbələr qapalı həbsxanada iyulun 26-dan aclıq aksiyasının başlandığını bildirsələr də, rəsmilər bunu təkzib edirdilər.


Həbsxana rəisi Sədaqət Ağayevsə 46 nəfər ömürlük məhkumun işinin Qaradağ Rayon Məhkəməsinə göndərildiyini bildirib. Onlardan yalnız bir nəfər Samir Hacıyevin cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənib. 39 nəfərin işi Apellyasiya, 13 nəfərin işi isə Ali Məhkəməyə göndərilib.


Qobustan qapalı həbsxanasında 733 məhkumun cəza çəkdiyi və onlardan 230-nun ömürlük həbs cəzası aldığı bildirilir. Aclıq edənlər isə əvvəllər ölüm hökmünə məhkum edilmiş məhbuslardır. Onlar hesab edirlər ki, Azərbaycanda ölüm hökmü ləğv olunandan sonra onların cəzaları ömürlük həbslə deyil, 15 il azadlıqdan məhrumetmə ilə əvəz edilməli idi. Hüquq-mühafizə orqanları isə bu mübahisənin məhkəmədə araşdırılmalı olduğunu deyirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG