Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

Xəbərlər


Sumqayıtda ekoloji park yaradılacaq


Bu ilk ekoloji parkın konsepsiyasını Azərbaycan və Almaniya mütəxəssisləri hazırlayıblar. Ekoparkda ekologiya mövzusunda filmlər göstərilən kinoteatr, təbiət muzeyi, sərgi salonu, ictimai universitet, ixtisaslaşmış kitabxana, tədris-müşahidə laboratoriyası, minizoopark, botanika bağı və ekoloji çalışmalar guşəsi olacaq. Layihənin müəlliflərindən Akif İslamzadənin sözlərinə görə, tam istifadəyə verilməsi 10 il çəkəcək parkın tikilməsinə 1 milyon yarım Amerika dolları xərclənəcək.




Qız Qalasının sirri açılmayıb


19 yaşlı Vitali Antonov belə düşünür. Gənc yazıçı «Qız Qalasının sirri» adlanan kitabında bu qədim tikilini zərdüştilərin bütün Şərqdə baş məbədi sayır. Şərq ədəbiyyat və fəlsəfəsindən irəli gələn bilgilərə söykənən Vitali Antonovun fikrincə, min illərcə yaşı olan abidənin altında bütün dünyanın diqqətini çəkəcək gizli nələrsə var. Yeri gəlmişkən, «Exo» qəzetinin yazdığına görə, bir qrup parapsixoloq Qız Qalasının içərisində çox güclü enerjinin şüalandığını iddia edir. Onların qənaətincə, həmin enerji bir çox xəstəlikləri sağalda bilər.




Hüseyn Cavid haqqında film ikiseriyalı olacaq


Xəbər verdiyimiz kimi, «Yeni dalğa» prodüser studiyasında dövlət büdcəsindən maliyyələşdirilən «Hüseyn Cavid» filmi çəkilir. Bu film müstəqil prodüserlərə sifariş edilən ilk filmlərdən biridir. Hüseyn Cavid rolunu Rasim Balayev canlandırır. «Zerkalo» qəzetinin məlumatına görə, filmin iki seriya olmasına icazə verilib. Büdcədən ayrılan vəsait yetərli sayılmasa, layihənin gerçəkləşdirilməsinə sponsorlar da cəlb ediləcək.


XS
SM
MD
LG