Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

İranda Azərbaycan tələbələrinin cəmiyyəti bəyanat verib


Etiraz əlaməti olaraq tələbə qız örpəyini açır, may, 2006

Etiraz əlaməti olaraq tələbə qız örpəyini açır, may, 2006

İranda Azərbaycan tələbələrinin mətbuat cəmiyyəti Azərbaycan dilində dərc edilən tələbə mətbuat orqanlarının bağlanılmasına dair bəyanat verib. Bəyanatda Azərbaycan fəallarının həbs və işgəncələrə məruz qalması pislənilir. Eyni zamanda İran hökumətinin Azərbaycan xalqının hüququn müdafiə edən tələbə orqanlarını qadağan etməklə böyük bir səhvə yol verdiyi bildirilir. Farca dərc edilən bu bəyanatın ikinci paraqrafında deyilir: «Son günlərdə rejim bir daha repressiyalarını artırır, söz azadlığına mane olur, milli və mədəni haqları tapdalayır. Belə bir halda Urmiyə universitetinin «Oyanış», «Yaşıl» və «Bulud», Şəhid Rəcai universitetinin «Yurd» və Əl-Zəhra universitetinin «Saray» adlı tələbə orqanları da yasaq edilib. Ərdəbilin «Qartal» qəzetinin redaktoru Nadir Vəlipur isə təhlükəsizlik qüvvələri tərəfindən həbsə alınıb. Hökumət bu ölkədə yaşayan bütün xalqların bərabər hüquqlarla təmin edilməsi əvəzinə repressiyalar, senzura və qəddarlığa əl atır. Xalqların tarix və kimliyinə qarşı hörmətsizlik edilir. Qlobal kommunikasiya və milli oyanış erasında qeyri-fars xalqların kimliyini bu mənfur əməllərlə danmaq hökumətin öz əleyhinədir...»


İranın Azərbaycan tələbələrinin mətbuat cəmiyyəti bəyanatın sonunda universitet mətbuat orqanlarının fəaliyyətinin bərpası və Nadir Vəlipurun qeyd-şərtsiz azad edilməsini tələb edir. Buna yol verilmədiyi təqdirdə milli haqlar uğrunda mübarizəni davam etdirəcəyini bildirib.


Başqa xəbərlərə əsasən, prezident Mahmud Əhmədinejadın Azərbaycan vilayətlərinə səfəri ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. O cümlədən Miyana şəhərində 10-a yaxın incəsənət xadimi, yazıçı və şair polis idarələrinə aparılaraq sorğu-suala çəkilib. Qoşaçay (Miyandab) şəhərində də bir neçə Azərbaycan fəalının həbsə alındığı bildirilir. Təbrizdə isə həbsdən yenicə azad edilmiş fəal Riza Səyyah və Keyvan Nəimi yenidən nəzarət altına alınıblar.


XS
SM
MD
LG