Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

BTC dəhlizində tapılan qədim eksponatların bəziləri London və ABŞ-da analizdən keçirilib


Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi zamanı tapılan qədim eksponatların bəziləri London və Amerika Birləşmiş Ştatlarında laboratoriya analizindən keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qoşqar Qoşqarlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, xarici həmkarları Ağstafa ərazisində tapılmış dörd eksponatın analizini bugünlərdə onlara göndəriblər. Analizə görə, əşyalar e.ə. IY minilliyə aiddir. Cənab Qoşqarlının fikrincə, eneolit dövrünə mənsubluğu bəlli olan bu abidələrin tədqiqi Azərbaycan tarixi üçün maraqlı səhifələr acacaq.


Cənab Qoşqarlı deyir ki, onlar BTC kəməri boyunca 36 abidəni tədqiq ediblər və hazırda digər abidələrin də öyrənilməsi prosesi gedir. Gələn ilin sentyabr ayında arxeoloqlar sözügedən kəmər boyunca tapılan eksponatlarla bağlı elmi hesabatla çıxış edəcəklər. Qoşqar Qoşqarlının sözlərinə görə, onlar hesabatı təqdim edəndən sonra tapılan əşyalar ölkənin müxtəlif muzeylərinə verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG