Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

«Gün səhər»: «Xəstə kimdir?»


«Şərq» qəzetinin əməkdaşı hərbi hissələrdə kitabxanaların yoxluğu probleminə toxunur. Müəllifin fikrincə, nəzərə alınsa ki, əsgərin istirahət saatlarına kitab oxumaq da daxildir, o zaman hərbi hissələrdə kitabxanaların olmaması və yaxud bərbad vəziyyətdə olması əsgərlərin istirahətinin hərtərəfli təşkil edilməməsinə, o cümlədən onların maariflənməsinin qarşısının alındığına dəlalət edir. Müəllif yazır ki, bu günlərdə cəbhə bölgələrinə səfər edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ölkə ziyalılarına müraciət edərək hərbi hissələrdə kitabxanaların yaradılmasına yardım göstərmək təşəbbüsünə qoşulmağa çağırıb.

«Gün səhər» qəzetinin əməkdaşı hazırda Ba­kı­da fə­aliy­yət gös­tə­rən klinikaların durumu ilə bağlı yazdığı məqalədə bildirir ki, klinikalarda tibbi xidmətin keyfiyyəti, qiymətlər, hətta eyni xəstəlik üzrə müayinələrə görə xidmət haqqı da bir-bi­rin­dən kəs­kin şə­kil­də fərqlə­nir. Bunu Səhiyyə Nazirliyinin özəl klinikalarda üzə çıxardığı qanunsuzluqlar da təsdiqləyir. «Ən çox pozuntu isə həmin müəssisələrin laboratoriyasında aparılan müayinələrin nəticələri ilə bağlıdır» – deyə müəllif yazır.


«Xalq Cəbhəsi» qəzetindəki «İran-Ermənistan sazişindən abidələrimiz zərər çəkəcək» başlıqlı məqalədə bildirilir ki, İranla Ermənistan arasında əldə olunan razılığa əsasən, qaz kəmərinin Noduz məntəqəsindən çəkilməsi planlaşdırılır. İran Azərbaycanından verilən məlumatlara görə, həmin ərazidə tarixi abidələr mövcuddur. Tarixi abidələri qoruyan idarənin rəhbərliyi aidiyyəti yerlərə müraciət edərək bildirib ki, həmin məntəqədə qaz xəttinin çəkilişi abidələrin məhvinə səbəb ola bilər. Buna baxmayaraq, İran hakimiyyəti Ermənistanla bağladığı müqavilələr əsasında layihəni həyata keçirməyə çalışır.
XS
SM
MD
LG