Daşkəsən rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları şöbəsinin müdiri Meydanəli Yolçuyevin verdiyi məlumata görə, Qoşqar çayı sahilindəki kəndlərə daha çox ziyan dəyib:
«Zinzahal, Araxançaylı, Qaratəpə kəndlərində vəziyyət daha ağırdır. Xoşbulaq kəndində sel bir evi dağıdıb, körpülər uçub, başqa kəndlərdə əkin sahələri, hektarlarla kartof sahələri suyun altında qalıb».
Rayon icra hakimiyyətindən verilən məlumata görə, daşqından sonra enerji sistemini bərpa etmək mümkün olub. Təbii fəlakətin vurduğu ziyanı araşdırmaq üçün komissiya yaradılıb. Dəyən ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə məlumat verilib.