Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

Ermənistandan qovulan azərbaycanlılar qaçqın statusunun bərpasını tələb edirlər


İyulun 7-də Ermənistandan didərgin düşmüş azərbaycanlıların birləşdiyi «İrəvana qayıdış» adlı təşkilat bəyanat yayaraq, Ermənistandan qovulan azərbaycanlıların qaçqın statusunun bərpasını tələb ediblər. Təşkilatın rəhbəri Təbriz Musayev bildirib ki, Azərbaycan hökuməti Ermənistandan olan azərbaycanlılara kütləvi şəkildə vətəndaşlıq verəndən sonra BMT onları qaçqın kimi tanımır. Cənab Musayevin sözlərinə görə, Ermənistandan olan qaçqınlar arasında Azərbaycan vətəndaşlığından imtina olunması və qaçqın statusunu bərpası ilə bağlı imzatoplama kampaniyasına başlanılıb. İmzalar Milli Məclisə təqdim olunacaq.



Günün bütün mövzuları

XS
SM
MD
LG