Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Hollandiyada yaşayan azərbaycanlılar nə işlə məşğuldur?


Hollandiyada yaşayan azərbaycanlıların İran səfirliyi qarşısında etiraz aksiyası

Hollandiyada yaşayan azərbaycanlıların İran səfirliyi qarşısında etiraz aksiyası

Hollandiyada yaşayan İlhan Aşqın İdqır azərbaycanlılarındandır. 18 il əvvəl Türkiyədən Hollandiyaya köçüb. Hazırda Haaqa şəhərində yaşayır, bir Hollandiya şirkətində çalışır. Bu yaxınlarda 1993-cü ildə Haaqada yaradılan Azərbaycan-türk mədəniyyət mərkəzinin sədri seçilib. Deyir ki, hazırda Hollandiyadakı Azərbaycan icmaları pərakəndə şəkildə fəaliyyət göstərir və onun sədrlik elədiyi təşkilat bu cəmiyyətləri bir araya gətirmək və onların işini koordinasiya eləmək istəyir.


İlhan bəy deyir ki, son vaxtlar Azərbaycandan Hollandiyaya üz tutan azərbaycanlılar iş tapmaqda böyük çətinlik çəkirlər və çox vaxt qeyri-leqal ağır işlərdə işləməli olurlar.


Gənclər Klubunun bir yaşı tamam oldu


Bu günlərdə Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun bir yaşı tamam oldu. Gənclər Klubu ötən il iyulun 3-də Londonda "Azərbaycan süfrəsi Günü" tədbirinin təşkili ilə fəaliyyətə başladı. Gənclər Klubunun rəhbəri Vüsal Həmzəyev hesab edir ki, klubun ən böyük uğuru London Türk radiosunda "Salam gətirmişəm" adlı Azərbaycan dilində proqram yayılması olub.


Kanadada yaşayan azərbaycanlı aktyorun arzusu


Kanada da yaşayan gənc azərbaycanlı aktyor Elxan Babazadə Türkiyədə anadan olub, üç yaşında valideynləri ilə Kanadaya gəlib. Onun valideynləri İrandandılar. Torontoda fransız məktəbini bitirib, sonra isə İncəsənət kollecində aktyorluq üzrə təhsil alıb. Bir neçə filmdə çəkilib, deyir ki, indiyədək çəkildiyi filmlərdə əsasən terroristləri oynayıb. Ən uğurlu rolu isə Roma papası İkinci İohan Pavelin həyatına qarşı edilən sui-qəsd cəhdinə həsr olunmuş filmdə oynadığı Məhəmməd Ağçanın rolunu sayır.


Elxan Babazadə deyir ki, hazırda Kanadada evsizlərin həyatına həsr olunmuş bir sənədli film üzərində çalışır, ən böyük arzusu isə Azərbaycanla bağlı filmdə çəkilməkdir.


DİNLƏYİN!


XS
SM
MD
LG