Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:34

«Müstəqil təfəkkürü ifadə edən filmlər çox azdır»


Ayaz Salayevlə müsahibə, 27 iyun 2006

Ayaz Salayevlə müsahibə, 27 iyun 2006

«Tanınmışlar»ın budəfəki qonağı kinorejissor Ayaz Salayevdir. O, 1982-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun bitirib. Sonra isə həmin təhsil ocağında dərs keçib. Gələcəyə nə nikbin, nə də bədbin yanaşır. 1995-ci ildən bu vaxta kimi tam metrajlı bədii film çəkməyə vəsait tapa bilməsə də onun kinoda nailiyyəti Azərbaycan rejissoru üçün heç də pis deyil. 1995-ci ildə çəkdiyi «Yarasa» filimi Amerika, Kanada, Fransa və s. ölkələrdə keçirilmiş 25-dək beynəlxalq müsabiqədə nümayiş etdirilib və mükafatlandırılıb. Azərbaycanda isə o, hələ ki əməkdar incəsən t xadimi adı ilə mükafatlandırılıb.


Deyir ki, məişət baxımdan heç vaxt tələbkar adam olmamışam. Buna görə də iş otağının kiçikliyinə əhəmiyyət vermir.


Ayaz Salayev bildirir ki, rejissorluğa qiymət verilmir, onlara yalnız hazır ssenarilər göndərilir, onlarda öz yaradıcılıqlarının hansısa bir təsadüfü filmini çəkirlər. «Azərbaycan kinosunda siyasəti yazıçılar müəyyənləşdirir, onlar da bir qayda olaraq kinoya öz əsərlərinin ekran həlli kimi baxırlar. Əsil ssenari rejissorun içindən gəlməli, onun dünyagörüşün, şəxsiyyətini ifadə etməlidir. Bu baxımdan orijinal ssenarilər yox dərəcəsindədir. Müstəqil təfəkkürü ifadə edən filmlər çox azdır».


Cəmiyyətimizin hara gedir sualının isə belə cavablandırır: «Gələcək bizim fikirləşdiyimiz kimi olmayacaq».


Ayaz Salayevin ziyalı anlayışına özünəməxsus münasibəti var. Onun düşüncəsinə görə, ziyalı mənəvi dəyərləri maddi dəyərlərdən üstün olan və zamanın özünə ciddi bir yozum verən bir təbəqədir. «Artıq zaman ziyalıdan bunu yox özünün maddi, iqtisadi gedişində iştirakını tələb edər və bu ziyalını məhv edir. Ziyalı daxilən kütlənin içərisində əriyib gedir. Birdən cəmiyyətimiz ayılıb gördü ki, artıq ziyalı təbəqəsi yoxa çıxır».


Rejissorun ən sevimli fəsli yaydı. Deyir ki, yayın qızmar günündə şəhər xoşuna gəlir və yay vaxtı Bakıdan kənara çıxmağa heç vaxt ehtiyac olmayıb.


Cənab Salayev deyir ki, bütün tarixi ərzində incəsənətdə çox şey bazardan, iqtisadi vəziyyətdən asılı olub. Bu baxımdan o, gənc nəsil rejissorları, xüsusən də kliplər çəkən rejissorları qınamır. «Çox vaxtlar kliplərdə rejissor işi mahnıdan, ifa tərzindən, müğənnin imkanlarından daha zəngindir».


Professional rejissor kimi hesab edir ki, Azərbaycanda hər il cəmi iki filmin çəkilməsi çox azdır.


DİNLƏYİN!


XS
SM
MD
LG