Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

Daha bir özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı


«Davud LTD» özəl tibb müəssisəsinin fəaliyyəti 10 günlük dayandırılıb. Səhiyyə Nazirliyi (SN) Mətbuat Xidmətinin bu haqda yaydığı məlumatda belə deyilir. SN və İqtisadi İnkişaf Nazirliyinin birgə komissiyası iyulun 4-də sözügedən müəssisənin fəaliyyətini yoxlayarkən bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar edib: «Davud Ltd»nin fəaliyyət göstərdiyi bina sanitariya-gigiyena normalarına cavab vermir. Mərkəzin giriş hissəsində lisenziyasız qeyri-qanuni aptek fəaliyyət göstərir. Laborator müayinələr bir otaqda aparılır, müayinələrin aparılması üçün nəzərdə tutulmuş bir çox reaktivlərin istifadə müddətinin bitməsinə baxmayaraq, onlar sənədləşdirilməmişdir».


Məlumatda həmçinin «Davud LTD»də müayinə və müalicə üçün istifadə edilən tibbi avadanlıqlara Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin rəyinin alınmadığı bildirilir. Məlumatda deyilir ki, mərkəzin yenidən fəaliyyətə başlaması məsələsinə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra baxıla bilər.


Bundan əvvəl isə, Səhiyyə Nazirliyinin sərəncamı ilə «Diamed» və «Funda» özəl tibb müəssisələrinin fəaliyyəti dayandırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG