Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Gürcüstanın baş naziri Bakıya gəlib


İyulun 5-də Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya birgünlük səfərə gəlib. O, prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Gürcüstanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən əlavə təbii qaz almasına dair məsələlər müzakirə edilib.


Görüşdə Gürcüstanın «Şahdəniz» yatağından alacağı qazın həcminin artırılması məsələsi də müzakirə olunub.


Gələn ay Tbilisidə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Bu səfər həm də həmin komissiyanın iclasına hazırlıq xarakteri daşıyıb.


XS
SM
MD
LG