Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:40

“Bakı-Xəbər”: “Qarabağ danışıqları ən ziddiyyətli məqama çatıb”


“Bakı-Xəbər” qəzetindəki “Qarabağ danışıqları ən ziddiyyətli məqama çatıb” başlıqlı məqalədə bildirilir ki, Azərbaycan rəsmilərilə Minsk Qrupu arasında fikir ayrılığının mövcudluğu, Dağlıq Qarabağ münaqişəsinin çözümü ətrafında real situasiyanın indi necə olduğunu konkret təsəvvür etməyə imkan vermir. Bu vəziyyət, həm də aparılan danışıqların Azərbaycanın tam lehinə olmadığını söyləməyə əsas yaradır.


Politoloq Vəfa Quluzadə “Ayna” qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, prezidentin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov “heç bir “çərçivə sazişi” yoxdur” deyəndə haqlıdır. Politoloqun fikrincə, həmsədrlər və beynəlxalq ekspertlər münaqişənin dondurulması ilə tərəflərə hədə-qorxu gəlirlər. Əslindəsə, münaqişə artıq dondurulub. Fakt odur ki, ən azı növbəti on ildə də Azərbaycan torpaqları işğal altında qalacaq. Danışıqlar isə, davam etdirilmiş kimi görünsə də, əslində, çoxdan dayandırılıb.


“525-ci qəzet” xəbər verir ki, ABŞ Konqresinin yuxarı palatası olan Senatın Təxsisatlar üzrə Komitəsi növbəti ildə Ermənistana göstəriləcək yardımın həcminin azaldılması barədə hökumətin təklifinə razılıq verib. Komitədəki müzakirələr nəticəsində 2007-ci ildə ABŞ-ın Ermənistana 50 milyon dollar həcmində yardım göstərilməsi qərara alınıb ki, bu da 2006-cı ilin yardım payı ilə müqayisədə 25 milyon dollar azdır. Müəllifə görə, son illər ərzində ilk dəfə baş verən bu hadisə Vaşinqtonun Qarabağ məsələsində Yerevana təzyiqi kimi də yozula bilər.


XS
SM
MD
LG