Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

«Barmek» bu həftə təhvil-təslim işlərinə başlayacaq


«Barmek» rəhbəri Hüseyn Arabulun mətbuat konfransı, 4 iyul 2006

«Barmek» rəhbəri Hüseyn Arabulun mətbuat konfransı, 4 iyul 2006

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda fəaliyyətini dayandırmaqla bağlı bu həftə təhvil-təslim işlərinə başlayacaq. Şirkətin prezidenti Hüseyn Arabulun verdiyi məlumata görə, təhvil-təslimlə bağlı iyulun 3-də hökumətə müraciət edib: «Müqaviləyə görə, avqustun 3-nə qədər bir ay gözləyəcəyik. Gəlməzlərsə, çarəsinə baxarıq».


Təhvil-təslim İqtisadi İnkişaf Nazirliyi və ya Bakı Elektrik Şəbəkəsi ilə olacaq.


İyulun 3-də Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İşlər üzrə İqtisad Məhkəməsi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı «Barmek»in əmlakına və bank hesabına həbs qoyub. Bu haqda İqtisadi İnkişaf naziri Heydər Babayev iyulun 3-də məlumat verib. Hüseyn Arabul isə, bunu təkzib edərək bildirir ki, bununla bağlı nə məhkəmədən, nə də İqtisadi İnkişaf Nazirliyindən sənəd almayıb. Cənab Arabul şirkətə dəyən ziyanla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyini, qoyulmuş investisiya və əldən çıxmış mənfəətə görə, Azərbaycan hökumətindən kompensasiya tələb edəcəyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG