Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:33

“Xalq Cəbhəsi”: “Azərbaycan Avropa Şurasının tövsiyəsini yerinə yetirəcəkmi?”


“Xalq Cəbhəsi” qəzetindəki “Azərbaycan Avropa Şurasının tövsiyəsini yerinə yetirəcəkmi?” başlıqlı məqalədə bildirilir ki, rəsmi strukturlar Bakı merinin seçilməsiylə bağlı müzkirələr aparacaqları haqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skarda vəd veriblər. Ölkəyə səfəri zamanı cənab Skard Bakıda mer vəzifəsini tutan şəxsi əhalinin seçməsində maraqlı olduqlarını deyib. Müəllifin fkrincə, Bakı bələdiyyəsini seçməklə paytaxt əhalisi bələdiyyə üzvlərinin vasitəsilə özünün merini də müəyyənləşdirə bilər.


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu Azərbaycanda aqrar bölmənin inkişafı üçün yeni layihələri maliyyələşdirmək fikrindədir. Fond “Azərbaycanın Şimal-Şərq bölgələrinin inkişafı” layihəsi üzərində hökumət nümayəndələrilə məsləhətləşmələr aparır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fondun Rəhbər Şurası ilə əldə olunmuş razılığa əsasən, Xızı, Siyəzən, Dəvəçi, Abşeron və digər rayonlarda fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə seminarların təşkili nəzərdə tutulub.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı yazır ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxaracağı məsələlər sırasında ən çox diqqət cəlb edənlərdən biri də «Siyasi partiyalar haqqında» qanunun qəbuludur. Artıq bəzi müxalifət partiyaları, o cümlədən hakim YAP sözügedən qanunla bağlı alternativ layihələr hazırladıqlarını bildirirlər. YAP-çı deputat Mubariz Qurbanlının açıqlamalarından belə aydın olur ki, əslində, yeni qanun siyasi partiyalara dövlət nəzarətini bir qədər də gücləndirəcək. Belə ki, hakim partiya yeni qanunda partiyaların maliyyə mənbəyinin tam açıqlanmasını, onların qeydiyyatdan keçirilməsi üçün daha çox sayda üzvünün olmasını, həmçinin, ölkənin böyük bir coğrafi ərazisini əhatə etməsini və bu qəbildən olan digər şərtlərin reallaşmasını istəyir.


XS
SM
MD
LG