Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41

Yanğınlar törədilən ərazilərdə monitorinqlərə başlanılıb


ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi iyulun 3-dən Azərbaycanın işğal olunmuş ərazilərinin yanğınlara məruz qalmış sahələrində monitorinqlərə başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 5-nə qədər davam edəcək monitorinqlərin Ağdam-Hindarx yolu, Ağdamın Novruzlu və Mərzili, Xocəvənd rayonunun Kuropatkina və Aşağı Veysəlli kəndləri yaxınlığında, qoşunların təmas xəttində aparılması nəzərdə tutulub.


Xarici İşlər naziri Elmar Məmmədyarov monitorinqin nəticəsi olaraq hesabat xarakterli sənədin hazırlanacağını da istisna etmir. Onun sözlərinə görə, Azərbaycan tərəfi vəziyyətin ciddiliyini nəzərə alaraq yanğınların qarşısını almaq üçün öz köməyini də təklif edib: «Bu gün Anjey Kaspişik artıq özü ora getməliydi. Bu haqda onunla keçən həftə danışmışdım. Məlumat verdi ki, artıq tapşırıq alıb və rayonlara gedəcək. Vəziyyəti öyrənəndən, yəni hara, nə qədər ziyan dəyməsini dəqiqləşdirəndən sonra məlumat verəcək».


Xarici İşlər Nazirliyi bildirir ki, bu ilin iyun ayında işğal altında olan 132 ha.-dan artıq Azərbaycan ərazisi yandırılıb. Dəyən ziyan isə milyonlarla dollarla ölçülür.


Günün bütün mövzuları

XS
SM
MD
LG