Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:29

Amerikada Azərbaycan icmaları birgə fəaliyyət göstərə bilərmi?


Nyu Yorkda BMT-nin Baş qərargahı

Nyu Yorkda BMT-nin Baş qərargahı

Bu yaxınlarda Antalyada keçirilən Dünya Azərbaycanlıları Ziyalılarının forumu çərçivəsində Amerikada fəaliyyət göstərən Azərbaycan icmalarının da toplantısı keçirilib. Toplantı iştirakçıları Amerika-Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması təşəbbüsü ilə çıxış elədilər.


Amerikadakı Azərbaycan diasporunun mövcud vəziyyəti icmaların bir araya gəlməsinə imkan verirmi? Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin Amerika şöbəsinin əməkdaşı Ramil Həsənov hesab deyir ki, Amerikadakı Azərbaycan icmaları arasında fikir ayrılıqları olsa da, dövlət komitəsinin bu təşkilatlarla son illər apardığı fəaliyyət göstərir ki, Azərbaycanın təbliğ edilməsi məsələsində bu insanların birləşməsi mümkündür.


Amma Amerikada yaradılan ilk Azərbaycan təşkilatlarından biri – Azərbaycan-Amerika cəmiyyətinin sədri Tomris Azəri – bu ideyanı müsbət qarşılamayıb. O, hesab edir ki, Amerikadakı təşkilatların bir araya gəlməsi məsələsi onların öz işidir və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi bu məsələdə iştirak eləməməlidir.


DİNLƏYİN!


XS
SM
MD
LG