Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

Bakıda gəmi istehsal edən zavod tikiləcək


Azərbaycanda tanker və digər növ gəmilər istehsal edən zavod tikiləcək. Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəhbəri Aydın Bəşirov jurnalistlərlə söhbətində belə deyib. Cənab Bəşirovun sözlərinə görə, artıq zavodun tikiləcəyi yer seçilib. Zavodun Qaradağ rayonu ərazisində və hazırda fəaliyyət göstərən 4 gəmi təmiri zavodunun bazasında yaradılması nəzərdə tutulub.


Aydın Bəşirov zavodun tikintisi ilə bağlı Koreya və Rusiyadan olan şirkətlərlə danışıqlar aparıldığını deyib. O, əlavə edib ki, yeni zavodda ancaq iritutumlu tankerlər yox, quru yük və sərnişin daşıya bilən gəmilər də inşa ediləcək. Həmin tankerlərdən hər şeydən əvvəl Qazaxıstan sahillərindən neftdaşıması üçün istifadə olunacaq.


XS
SM
MD
LG