Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Tələbələr universitetin binasında oturaq aksiya keçirirlər


Təhsil haqlarının bərpa edilməsi tələbiylə 1 ay aclıq edən Müstəqil Azərbaycan Universitetinin tələbələri iyulun 1-dən universitetin binasında oturaq aksiyaya başlayıblar.


Aksiya iştirakçılarından biri, universitetin 4-cü kurs tələbəsi Elnur Məmmədovun sözlərinə görə, universitet rəhbərliyi aksiyaya qatılan 80-ə yaxın tələbəyə binanı tərk etmək barədə xəbərdarlıq edib: «Bizə deyiblər ki, rektor Abbas Mustafayev polis göndərib sizi çıxaracaq. Çünki binanın yiyəsi ilə olan icarə müqaviləsi bu gün bitir və universitet onu uzatmaq istəmədiyindən, bizi də çıxarmaq istəyirlər».


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi Təhsil Nazirliyinin onların ali məktəbə qəbulunu qanunsuz elan etməsindən sonra - iyunun 1-də aclıq aksiyasına başlamışdılar. İyunun 30-da aclıq aksiyasını dayandıran tələbələr və onların valideynləri haqlarının bərpası üçün məhkəməyə müraciət edəcəklərini bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG