Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

«Şərq»: «Referendum müəmması»


«Şərq» qəzetindəki «Referendum mü­əm­ma­sı» başlıqlı məqalədə bildirilir ki, açıq­la­nan «çər­çi­və sa­zi­şi»ndə Dağ­lıq Qa­ra­ba­ğın sta­tu­su ilə bağ­lı re­fe­ren­du­mun ke­çi­ril­mə­si­nin nə­zər­də tu­tul­ma­sı Azərbaycan cə­miy­yə­tin­də mü­əy­yən na­ra­zı­lıq­lar ya­ra­dıb. Po­li­to­loq Hik­mət Ha­cı­za­də he­sab edir ki, mü­za­ki­rə olu­nan sə­nə­din han­sı vari­ant ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, ora­ya re­fe­ren­dum mə­sə­lə­si­nin salın­ma­sı Azər­bay­can tə­rə­fin­dən qə­bul edil­məz­dir. «Bu, o deməkdir ki, referendumu er­mə­ni­lər ke­çi­rə­cək­lər və on­lar öz­lə­ri­nə istədik­lə­ri sta­tu­su ve­rə­cək­lər. Ona gö­rə də mən bu mə­sə­lə­yə Qa­ra­bağın iti­ril­mə­si ki­mi ya­na­şı­ram»- de­yən po­li­to­loq bil­di­rib ki, Azər­bay­can üçün bu ad­dı­mın atıl­ma­sı inan­dı­rı­cı gö­rün­mür. Referen­dum­la bağ­lı mə­sə­lə­nin gün­də­mə gə­ti­ril­mə­si ilə qə­ti şə­kil­də ra­zı­laş­ma­yan po­li­to­loq Ra­sim Mu­sa­bə­yov isə he­sab edir ki, or­ta­lı­ğa atılan sə­nəd üz­rə ra­zı­laş­ma əl­də olun­ma­ya­caq.


«Gün Səhər» qəzetindəki «Pullu təhsil bahalaşdı» başlıqlı məqalədə bildirilir ki, hüquq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulu dayandırılan özəl universitetlər bunun əvəzini təhsil haqqını qaldırmaqla çıxmaq istəyirlər. Artıq «Azərbaycan», «Odlar Yurdu», «Təfəkkür» və digər universitetlərdə təhsil haqqının qaldırılması barədə rəsmi açıqlama verilib. Təhsil Nazirliyi isə özəl universitetlərdə təhsil haqlarının qaldırılmasını ciddi qanun pozuntusu kimi dəyərləndirir. Nazirlikdə hesab edirlər ki, özəl universitetlər özbaşına belə bir qərar verə bilməz. Çünki bütün xidmət sahələrində olduğu kimi, özəl universitetlərdə də təhsil haqqını İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Tarif Şurası müəyyənləşdirir. Buna görə də Təhsil Nazirliyi məsələnin həlli üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edib.


XS
SM
MD
LG