Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub


Elektrik naqillərinin köhnəlməsi və izolyasiyanın istənilən səviyyədə olmaması yanğının sürətlə yayılmasına gətirib çıxarıb

Elektrik naqillərinin köhnəlməsi və izolyasiyanın istənilən səviyyədə olmaması yanğının sürətlə yayılmasına gətirib çıxarıb

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bildirir ki, bərpa zamanı bütün elektrik xətlərinin yerin altı ilə aparılması qərara alınıb


İstintaqın ilkin versiyasına görə, iyun ayının 26-da «Zabitlər evi»ndə başlanan yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub. Jurnalistlərlə görüşündə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov belə deyib. Nazirin sözlərinə görə, bu ərazidə və yanan binanın daxilində elektrik naqillərinin köhnəlməsi və izolyasiyanın istənilən səviyyədə olmaması yanğının sürətlə yayılmasına səbəb olub. Nazir bildirir ki, bərpa zamanı bütün elektrik xətlərinin yerin altı ilə aparılması qərara alınıb.


İyunun 26-da təxminən saat 13.00 radələrində Bakıda metronun «Sahil» stansiyasının çıxışı ilə üzbəüz yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində güclü yanğın baş verib. Az vaxtda yanğın genişlənərək böyük bir ərazidə yerləşən binaların əksər hissələrini, ö cümlədən, «Zabitlər evi»ni əhatə edib. Yanğın söndürənlərdən bir neçəsi yüngül xəsarət alıb, amma sakinlər arasında xəsarət alan yoxdur. Yanğını yalnız 4 saatdan sonra söndürmək mümkün olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG