Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

Prezidentin Zərdab və Ucara səfəri başa çatdı


İyunun 30-da Azərbaycan prezidenti İlham Əliyevin Ucar və Zərdab rayonlarına səfəri başa çatıb. Səfər zamanı dövlət başçısı Ucar rayonunun mərkəzində Heydər Əliyev adına parkın, muzeyin, yeni avtovağzal binasının, şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak edib. Rayon ictimaiyyəti ilə görüşəndən sonra prezident Qazıqumlaq kəndində olub. Kənddə akademik Zərifə Əliyeva adına yeni diaqnostika mərkəzi, orta məktəb binası və şadlıq evinin açılışında iştirak edib. İlham Əliyev yeni şadlıq evindəki ilk toyda da iştirak edib və yeni ailə quranlara avtomobil bağışlayıb.


Zərdab rayonunda isə prezident Heydər Əliyev adına parkın, orta məktəb binasının açılışına qatılıb, əlillər və şəhid ailələri üçün tikilən 32 mənzillik binanın orderlərini sahiblərinə təqdim edib.


Prezident İlham Əliyevin Zərdab və Ucar rayonlarına səfəri iyunun 29-da başlamışdı.


XS
SM
MD
LG