Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

Hersoq zabitlərə sertifikat verdi


İyunun 30-da Azərbaycana gələn York Hersoqu Şahzadə Endryu Müdafiə Nazirliyinin 32 zabitinə ingilis dili kurslarını bitirmələrinə dair sertifikatlar verib. Azərbaycan hərbçiləri üçün Böyük Britaniya hökumətinin təşkil etdiyi ingilis dili kurslarında iştirak edən 83 zabitdən ancaq 32 nəfəri NATO standartlarının 2-ci səviyyəsinə uyğun sertifikat ala bilib. Tədbirdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də iştirak edib.


XS
SM
MD
LG