Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

Vergidən yayınma faktları üzrə 8 cinayət işi başlanıb


«Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergidən yayınma faktları üzrə 2006-cı ilin iyun ayının 16-dan 23-nə kimi 8 cinayət işi başlanıb».


Vergilər Nazirliyinin ictimai əlaqələr şöbəsinin iyunun 30-da yaydığı məlumatda belə deyilir.


Məlumatda bildirilir ki, 7 hüquqi və 1 fiziki şəxs külli miqdarda (ümumilikdə 5 mln. 12,6 min AZN) vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb: «Araşdırmalar nəticəsində müəyyən olunub ki, fiziki şəxs İsayev Tofiq Niftulla oğlu 10,05 min AZN, hüquqi şəxslər - «Brilliant», «Arqon-A», «Rekord-M», «Merkuri-3 şirkəti», «Ruslan-N» və «Şəkər Dünyası» Məhdud Məsuliyyətli cəmiyyətləri, həmçinin «Boviz Lend Liz İnterneşnl limited» şirkətinin Azərbaycandakı filialı cəmi 5 mln. 2,55 min AZN məbləğində külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırıb».


XS
SM
MD
LG