Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

“Yeni Azərbaycan”: “BTC ilə ilk neftin nəqli avqust ayının ortalarına planlaşdırılır”


“Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı bəyanatlar, gedən proseslər, aparılan danışıqlar Ermənistana təzyiqlərin daha da gücləndiyini ortaya qoyur. Bu da Ermənistan rəsmilərini daha çox narahat edir”. Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Cənab Məmmədov Dağlıq Qarabağda referendum keçirilməsi məsələsilə bağlı Azərbaycanın mövqeyinin dəyişilməz olduğunu da bildirib. Novruz Məmmədovun sözlərinə görə, referendumla bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ilk neftin nəqlini avqust ayının ortalarına planlaşdırır. Şirkətin investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, artıq neft ixracı ilə bağlı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin səhmdarları ilə birgə razılıq əldə olunub.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin 2000-ci ildən Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun öz vəzifəsindən istefa verməsini şərh edib. Müəllif iddia edir ki, daim mövcud hakimiyyətə qarşı tənqidi mövqedən çıxış edən Qrossun Azərbaycan üzrə həmməruzəçilikdən çıxarılması mövcud iqtidarın ən böyük istəklərindən biri olub. Buna əsas səbəb isə, demokratiya və seçkilər məsələsində isveçli deputatın hakimiyyətin saxtakarlıq siyasətinə qarşı barışmaz mövqeyi olub.


XS
SM
MD
LG