Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Bornmutda təhsil almaq istəyirsinizmi?


Professor Stüart Dikinson universiteti barədə məlumat verir, 23 ıyun 2006
Professor Stüart Dikinson universiteti barədə məlumat verir, 23 ıyun 2006

Ötən həftə Böyük Britaniyanın ən gənc universitetlərindən biri – Bornmut Universitetinin professoru Stüart Dikinson uzun yol qət edib Bakıya gəlmişdi ki buradakı tələbələrə də öz universitetləri barədə məlumat versin. Professor Dikinson Bornmut Universitetində təhsil haqqının çox yüksək olduğunu deyib, daha çox kurslardan danışdı. Professorun sözlərinə görə, universitetdə müxtəlif ixtisaslar üzrə 12-15 aylıq kurslar təşkil olunur. «Bornmut Universitetində mühasibat, maliyyə, menecment, biznes, ictimaiyyətlə əlaqələr, hüquq və başqa ixtisaslar üzrə 12-15 aylıq kurslar var. Kursu bitirənlərə diplomlar verilir».


Professor Dikinsonun sözlərinə görə, kursa qəbul olmaq üçün ərizə formasını doldurmaq və universitetin hesabına 250 avro pul köçürtmək lazımdır. Bundan başqa ana dili ingilis dili olmayan tələbələr bu dildən test imtahanı da verməlidirlər. «Tələbələr ərizə formalarına İELTS, TOEFL, ya da BUPEP - Bornmut Universiteti ingilis dili hazırlığı proqramı üzrə verdiyi imtahanın nəticələrini də əlavə etməlidirlər. Doldurulmuş ərizə forması göndərildikdən sonra 5 gün ərzində tələbənin elektron poçtuna cavab məktubu göndərilir. Əgər o, kursa qəbul olunubsa tədrisin başlamasına bir həftə qalmış universitetə gəlməlidir».


Bu bir həftə ərzində xarici tələbələri universitetlə tanış edirlər. Burada xaricdən gələn tələbələr üçün düşərgələr, ölkədaxili ekskursiyalar təşkil olunur. Bundan başqa universitetdə idmanın müxtəlif növləri üzrə zallar, klublar, gecə barları, sağlamlıq mərkəzi, tələbə məsləhətxanası, internet klubları, kitabxana, laboratoriya da xarici tələbələrin üzünə açıqdır.


DİNLƏYİN!
XS
SM
MD
LG