Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:17

Dünyanın ən ağır dərdi vətənsiz yaşamaqdır


İsgəndər Həmidov, 24 iyun 2006

İsgəndər Həmidov, 24 iyun 2006

Onu təkcə Azərbaycanın siyasi mühümündə deyil, ümumiyyətlə cəmiyyətdə demək olar ki, tanımayan yoxdur. O, xalq hərəkatının tanınmış simalarından biridir. Xarakter etibarı ilə çılğın siyasətçi kimi yadda qalsa da söhbətləşəndə daha çox sadə azərbaycanlı təəssüratı doğurur. Xalq Cəbhəsi iqtidarının ən möhkəm və etibarlı dayaqlarından biri olan bu adamı bir vaxtlar gəclər özlərinə ideal seçirdilər. Özünün dediyinə görə, cəmiyyətdə ona münasibət indi də pis deyil. Vəzifədə olarkən bir çox hallarda ənənələri qanundan üstün tutması onu ölkənin digər məmurlarından fərqləndirirdi. O həm polis, həm də məhbus həyatı yaşayıb. Beləliklə «Tanınmışlar»ın qonağı Azərbaycanın keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidovdur.


«1967-ci ildə ali məktəbə daxil olandan sonra Hidayət Elvüsalla birgə Köləlikdən azadlığa adlı cəmiyyət yaratdıq. Məsələnin üstü açılanda isə hər ikimizi institutdan xaric edirlər». İsgəndər Həmidov hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildən respublikanın daxili işlər orqanlarına əmək fəaliyyətinə başlayır.


Deyir ki, sovet hüquq mühafizə orqanlarında işləməsinə baxmayaraq, Əbülfəz Elçibəyin məhkəməsinə paltarını dəyişib gedirmiş. «Başa düşürdüm ki, onun dedikləri həqiqətdir. İnsanlar dərk edirdi ki, belə yaşamaq olmaz».


«1970-ci illərdə üç nəfər qarabağlı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üstündən asmışdı. Bir sutka o bayraq orada dalğalandı. Heç kəs başa düşmədi ki, bu bayraq burada olmalıdır, yoxsa yox. 1 sutkadan sonra məsələdən xəbər tutdular, həmin üç nəfərin hərəsinə 15 il iş verdilər. Bu o vaxt sovet cəmiyyətində görünməmiş cəsarətli addım idi».


«Mən Daxili İşlər naziri olmaq istəmirdim. Əbülfəz bəy məni vadar etdi». Cənab Həmidov bildirir ki, nazir kimi daxili işlər strukturlarında islahatlar aparmaq istəyib. «Birinci növbədə istəyirdim ki, Daxili İşlər Nazirliyi sırf kriminogenə qarşı mübarizə aparan qurma çevrilsin. İkincisi, çalışırdım ki, bütün güc strukturlarının istintaq funksiyası bir istintaq bürosunda mərkəzləşsin. Üçüncüsü pasport qeydiyyatı idarəsinin Ədliyyə Nazirliyinə verilməsini istəyirdim. Bütün bunları həyata keçirə bilmədim. Vaxt çatmadı…»


8 il 10 ay həbsdə olub. Bu müddətin 7 il 1 ayını təkadamlıq kamerada yaşadığını deyir. «Mən türmədə yatan insanlardan çox razıyam. Mənim yolumu saxladılar. Mənə hörmətlə yanaşırdılar».


İsgəndər Həmidov elə indi də insanların ona münasibətindən şikayətli deyil: «Mənə münasibət çox yaxşıdır. İstəyir yaşlılar, istəyir cavanlar tərəfindən. Yəni mənim əlimi sıxanların hamısı deyir ki, sən çox səmimi adamsan».


Dolanışığınız necədir sualının cavabında isə «orta səviyyədən aşağı» söyləyir.


«Elə bir gecəm yoxdur ki, yuxuda Qarabağı görməyim... Dünyanın ən ağır dərdi vətənsiz yaşamaqdı. Faktiki mən vətənimdə qəribəm. Mən indi başa düşürəm ki, Qarabağ mənim üçün nə imiş…»


DİNLƏYİN!
XS
SM
MD
LG